Alternative content

18:04 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
ANA SƏHİFƏ / SİYASƏT
16:59 19.06.2019

Dövlətimizin başçısı İlham Əliyevin dünən verdiyi Sərəncamlar bir daha sübut etdi ki, Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür və onların maddi rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atır. Bu kimi sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin tərkib hissəsini təşkil edir.

Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

Deputat bildirib ki, bu Sərəncam ölkəmizdə vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. "Bildiyiniz kimi, bu ilin mart ayının 1-dən minimum əməkhaqqı 38,4 faiz, yəni 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Bununla da Azərbaycanda təxminən 400 mindən çox vətəndaşın əməkhaqqıları yüksəldi. Sentyabrın 1-dən isə minimum əməkhaqqı nəzərə çarpacaq dərəcədə qaldırılır və 250 manat olacaq. Bu isə ötən ilə nisbətdə təxminən 100 faiz artım deməkdir. Bu, əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdır”,- deyə X.Fətiyev əlavə edib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının müvafiq Sərəncamının əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun aşağı salınması və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində çox böyük əhəmiyyəti olacaq. Minimum əməkhaqqının artırılması, 250 manata çatdırılması rəsmi hesablamalara görə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artırmağa imkan verəcək. Beləliklə, reallaşmağa başlayacaq ikinci sosial paketin müsbət nəticələri demək olar ki, bütün ailələrdə hiss olunacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM