Alternative content

18:01 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
ANA SƏHİFƏ / SİYASƏT
16:56 19.06.2019

Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata çatdırılması ilə bağlı imzaladığı Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara yaxınlaşmasına xidmət edəcək.

Bu sözləriAZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, minimum əməkhaqqının artırılması nisbətən az əməkhaqqı alan və daha çox sosial təminata ehtiyacı olan vətəndaşların sosial vəziyyətinə müsbət təsir edəcək. Praktik olaraq bu, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan verəcək. Təbii ki, bu da birmənalı şəkildə həmin vətəndaşların sosial vəziyyətinin və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından çox önəmlidir.

"Minimum əməkhaqqının artırılması ilə bağlı qərar ölkəmizdə iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlı olduğunu bir daha təsdiqləyir. Ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, sosial paket dövlətimizin başçısının diqqət mərkəzindədir. Həmin qərar, eyni zamanda, sosial sferada dövlət siyasətindən faydalananların sayının artmasına səbəb olacaq. Bundan dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da faydalana biləcək. Bu kontekstdən mülkiyyət növündən asılı olmayaraq fərqli sektorlarda çalışanlar bu qərardan faydalanmış olacaq. Həmin qərar sosial təminatın gücləndirilməsi istiqamətində atılmış ciddi addımlardandır. Bu, bir daha təsdiq edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizin başçısı üçün prioritet məsələlərdəndir. 2019-cu ildə minimum əməkhaqqının artırılması da birmənalı şəkildə bundan xəbər verir”, - deyə ekspert əlavə edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM