Alternative content

18:12 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sudanda texnokratlar hökuməti təşkil olunacaq
Sudanda texnokratlar hökuməti təşkil olunacaq
ANA SƏHİFƏ / DÜNYA
15:09 19.06.2019


Sudanın keçid Hərbi Şurası texnokratlardan ibarət hökumət təşkil etməyə və sonra hakimiyyəti ona təhvil verməyə hazırdır. Bu barədə Şura başçısının müavini Məhəmməd Həmdan Deklo məlumat vermişdir.

Deklo demişdir: "Hərbi Şura qısa müddətdə texnokratlar hökuməti yaratmağa hazırdır. Həmin hökumət Sudanın bütün vətəndaşlarını təmsil edəcək”. O əlavə etmişdir ki, Hərbi Şura beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və şəffaf seçkilər keçirmək istəyir.

Xatırladaq ki, iyunun 3-də Sudanın təhlükəsizlik qüvvələri paytaxt Xartumda Silahlı Qüvvələrin Baş Qərargahının binasının yaxınlığında nümayişçiləri dağıtmaq üçün silahdan və gözyaşardıcı qazdan istifadə etmişdir. Müxalifət etirazçıların dağıdılması nəticəsində 108 nəfərin həlak olduğunu bildirmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM