Alternative content

18:09 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Malidə 41 nəfər öldürüldü
Malidə 41 nəfər öldürüldü
ANA SƏHİFƏ / DÜNYA
15:08 19.06.2019


Malinin mərkəzi hissəsində yerləşən iki kəndə silahlıların hücumu nəticəsində azı 41 nəfər həlak olmuşdur. Bu barədə "France 24” telekanalı xəbər verir.

Məlumata görə, hücuma məruz qalan Yoro (24 ölü) və Qanqafani (17 ölü) kəndləridir. Onlarla silahlı adam motosikllərlə əvvəlcə Yoroya hücum edərək yerli sakinlərə atəş açmışdır. Sonradan onlar yaxınlıqdakı Qanqafani kəndinə yollanmışlar. Güman olunur ki, hücumun arxasında fulani etnik qrupunun nümayəndələri olmuşlar. Onlar doqon tayfasına atəş açmışlar.

Son vaxtlar Malidə etnik münaqişələr fonunda baş verən silahlı toqquşmaların sayı artmışdır. İyunun 10-da hücum zamanı doqonların 95 nümayəndəsi öldürülmüşdür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM