Alternative content

02:58 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyanın paytaxtı köçürülür
İndoneziyanın paytaxtı köçürülür
ANA SƏHİFƏ / DÜNYA
15:07 19.06.2019

İndoneziya hökuməti 2021-ci ildə ölkənin paytaxtının sıx əhalili Cakartadan başqa şəhərə köçürülməsinə başlamaq niyyətindədir. Bu barədə milli inkişafın planlaşdırılması naziri Bambanq Broconeqoro məlumat vermişdir.

Broconeqoro "Sinxua” agentliyinə müsahibəsində demişdir: "Biz inşaat işlərinə 2021-ci ildə başlayacağıq. Ümidvarıq ki, köçürülmə prosesi 2024-cü ildə başa çatacaq”.

Nazir güman edir ki, yeni paytaxt ölkənin mərkəzi hissəsində, Kalimantan adasında olacaq, köçürülmə isə 32,5 milyard dollara başa gələcək. Bundan əvvəl İndoneziya hökuməti layihəni 22,6 milyard dollar məbləğində qiymətləndirirdi.

Xatırladaq ki, İndoneziya Prezidenti Coko Vidodo aprelin axırlarında Cakartanın köhnəlmiş infrastrukturuna görə paytaxtın köçürülməsini təklif etmişdir.

"Uber” şirkətinin tədqiqatına əsasən, bu şəhərdə avtomobilçilər ilin 22 gününü tıxaclarda keçirir. Bu, Asiyada ən yüksək göstəricidir. Bundan əlavə, "İnrix” şirkətinin məruzəsinə görə, İndoneziyanın hazırkı paytaxtı dünyanın ən çox yüklənmiş meqapolisləri reytinqində 12-ci yeri tutur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM