Alternative content

02:58 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İƏT Xarici İşlər Nazirləri Şurasının Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan simulyasiyası keçirilib
İƏT Xarici İşlər Nazirləri Şurasının Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan simulyasiyası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
14:57 19.06.2019


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə "İƏT Modeli – Xarici İşlər nazirlərinin konfransı” beynəlxalq tədbirinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a İƏT Gənclər Forumundan məlumat verilib.

2019-cu ilin aprel ayından davam edən "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2019” proqramının yekun mərhələsi olan simulyasiya konfransı iyunun 15-də 100-dən çox gəncin, o cümlədən 20 beynəlxalq universitetin tələbələrinin iştirakı ilə keçirilib. Bağlanış mərasimində İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndəliklərin, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, ictimai xadimlər və həmçinin builki proqramın məzunları olan gənclər iştirak ediblər.

Mərasimdə əvvəlcə bu proqramın Azərbaycandakı gedişatı və nəticələrini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov ötən illərdə proqramın Azərbaycanda və beynəlxalq miqyasda nailiyyətlərindən danışıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu cür platformaların gənclərin gələcək fəaliyyəti və inkişafında rolunu vurğulayıb.

Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim tədbirdəki bütün səfirlər və diplomatik nümayəndələr adından çıxış edərək layihənin İƏT arealında gənc liderlərin formalaşmasında və əməkdaşlığın inkişafında oynadığı rolu vurğulayıb.

Sonda çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş builki proqramın xüsusiyyətlərindən bəhs edib. O, artıq 9 ildir təşkil olunan proqramın milli mərhələsinin həm mühazirələrinin, həm də konfransın işinin bu il ilk dəfə ingilis dilində təşkil edildiyini və həmçinin 20 xarici tələbənin dəvət olunduğunu bildirib. E.Mehdiyev ümumi proqramın təşkilində əsas tərəfdaş kimi çıxış edən Gənclər və İdman Nazirliyinə, həmçinin akademiyanın mühazirələrinin təşkilində əməkdaşlıq edən Azərbaycan Dövlət İqtisad Universitetinə təşəkkür edib. Həmçinin İƏT ölkələrinin Bakıdakı səfirliklərinin hər il olduğu kimi, bu il də proqrama göstərdikləri marağı, gənclərin konfransda təmsil etdikləri ölkələrin səfirliklərində qonaq edilməsini, həmin ölkələrin tarixləri, mədəniyyətləri və xarici siyasət prioritetləri ilə tanış edilməsində göstərdikləri dəstəyi vurğulayaraq bu formatın Bakıda keçirilən proqramın əsas fərqləndirici xüsusiyyətlərindən biri olduğunu qeyd edib.

Mərasimin sonunda proqramda xüsusi istedad və bacarığı, İƏT Modeli – Xarici İşlər nazirləri konfransında fəallığı ilə seçilən gənclər diplomatik missiyalar və dövlət qurumları nümayəndələrinin iştirakı ilə qiymətli hədiyyələr və diplomlarla təltif olunublar.

Xatırladaq ki, builki proqramda Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və 15-ə yaxın digər universitet və ali məktəblərdən 100-dən çox tələbə iştirak edib. Yeddi həftə ərzində onlar İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki tanışlıq imkanı əldə ediblər.

Proqramın əsas hissəsi olan yekun tədbirdə isə iştirakçılar İƏT Xarici İşlər Nazirləri Şurasını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən konfransda iştirak edib, İƏT məkanında mühüm siyasi xarakter daşıyan problemləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək müvafiq qətnamələr qəbul ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM