Alternative content

18:10 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda bu günədək 427,8 min hektar sahədə taxıl biçini aparılıb
Azərbaycanda bu günədək 427,8 min hektar sahədə taxıl biçini aparılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:48 19.06.2019

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 19-na olan operativ məlumata görə, ölkə ərazisində 427 min 832,6 hektar ərazidə taxıl biçini aparılıb, 271 min 634,3 hektar ərazidə arpa, 156 min 198,4 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 1 milyon 329 min 476,2 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31 sentner təşkil edir.

Bərdə, Zərdab, Yevlax və Sabirabad rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir.

Kürdəmir ərazisində arpa əkilmiş 29 min 926 hektar sahənin 29 min 670 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM