Alternative content

10:58 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
ANA SƏHİFƏ / SİYASƏT
14:41 19.06.2019

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hərbi məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Məzunlarla görüş ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsillərini müvəffəqiyyətlə başa vuraraq "leytenant” hərbi rütbəsi alan məzunları təbrik edən Müdafiə naziri deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti rəhbərlik etdiyi hərbi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan islahatlar barədə danışan Müdafiə naziri ordu quruculuğunda həyata keçirilən vacib tədbirləri, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb. Həmçinin nazir vurğulayıb ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.

Məzunlara tövsiyələrini çatdıran Müdafiə naziri bu şərəfli yolda onlara uğurlar arzulayaraq bildirib: "Hər bir zabit azərbaycançılıq ideologiyasına sadiq olmalı, şəxsi heyətə hörmət və qayğı ilə yanaşmalı, kollektivdə sağlam mühit formalaşdırmalıdır. Zabit kimi məsuliyyətli və şərəfli ad qazanmısınız, hər biriniz bu məsuliyyəti yaxşı dərk edib, inamlı xidmət etməlisiniz. Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməli, ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində bilik və bacarığınızı səfərbər etməlisiniz. Azərbaycan iqtisadiyyatının inkişafının, ordumuzun müasir tələblər səviyyəsində qurulmasının, dünya standartlarına uyğun olan silah və texnika ilə təchizatının, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji vəziyyətinin yüksək olması Ali Baş Komandanın qayğısı ilə əhatə olunmasının nəticəsidir. Siz də öz nümunəvi xidmətinizlə Azərbaycan Ordusunun inkişafına töhfənizi verməli, "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” şüarını rəhbər tutaraq dövlət və dövlətçiliyimizə xidmət etməlisiniz”.

Xidməti təcrübəsini məzunlarla bölüşən general-polkovnik Z.Həsənov deyib ki, zabit öz davranışı, əxlaqi keyfiyyətləri, nizam-intizamı, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə hər zaman şəxsi nümunə olmalı, ölkə Prezidenti və xalqımız tərəfindən göstərilən yüksək dəyəri daim nümunəvi xidməti ilə doğrultmalı, Vətənimizi və xalqımızı etibarlı şəkildə qorumalıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM