19 Iyun 2019 13:46
545
SİYASƏT
A- A+

İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır


İsrailin milli xəbər agentliyi olan TPS (Tazpit Press Service) dünya informasiya məkanında xüsusi nüfuza malik AZƏRTAC ilə sıx əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır.

Bu sözləri Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin VI Konqresi çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə İsrailin TPS xəbər agentliyinin baş icraçı direktoru Amotz Eyal deyib.

Öz növbəsində Aslan Aslanov Azərbaycan ilə İsrail arasında yaxşı əlaqələrin mövcudluğunu vurğulayaraq, bunun AZƏRTAC ilə TPS arasında əməkdaşlığa da müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırılıb ki, TPS agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər mübadiləsinin genişləndirilməsi istiqamətində müsbət addım olacaq.

İsrailin xəbər agentliyinin baş icraçı direktoru bildirib ki, TPS gənc olsa da, əsas məqsədi doğru, obyektiv xəbərlər yaymaqdan ibarətdir. Agentlik siyasət, iqtisadiyyat, təhlükəsizlik, texnologiya, elm, kənd təsərrüfatı və digər sahələr üzrə informasiyalar yayır.

Görüşdə agentliklər arasında əməkdaşlıq istiqamətləri, jurnalistlərin təcrübə mübadiləsi və bir çox digər sahələrdə birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video