Alternative content

18:08 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yəməndə 2015-ci ildən bəri 90 mindən çox insan həlak olub
Yəməndə 2015-ci ildən bəri 90 mindən çox insan həlak olub
ANA SƏHİFƏ / DÜNYA
13:35 19.06.2019

Yəməndə silahlı münaqişə nəticəsində 2015-ci ildən indiyədək 91 min 600 insan həlak olub.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Silahlı Münaqişələrin Nəticələrinin Qiymətləndirilməsi üzrə Layihənin məruzəsində əksini tapıb.

Məruzəyə əsasən, husi üsyançılarına qarşı döyüşən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası birbaşa hücum nəticəsində həlak olan 11700 nəfər dinc sakindən 8 mininin ölümünə görə məsuliyyət daşıyır.

Həmçinin qeyd edilir ki, 2019-cu ildə döyüşlərin gedişində 11900 nəfər öldürülüb, 30800 nəfərin həlak olduğu 2018-ci il isə münaqişə ərzində ən qanlı dövr olub. Məruzəyə münaqişənin səbəb olduğu humanitar fəlakətlərdən, məsələn, aclıqdan ölənlər daxil edilməyib.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişə hələ də davam edir. Silahlı qarşıdurma "Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları ilə hökumət qoşunları və Yəmən prezidenti Mansur Hadiyə sadiq könüllüləri arasında gedir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM