Alternative content

12:01 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada qaçqın və məcburi köçkünlərin sayı 70 milyon nəfəri ötüb
Dünyada qaçqın və məcburi köçkünlərin sayı 70 milyon nəfəri ötüb
ANA SƏHİFƏ / DÜNYA
12:49 19.06.2019

2018-ci ildə öz evlərini tərk edən insanların sayı 2,3 milyon artaraq 70 milyon nəfəri keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT Ali komissarının qaçqınların İşi üzrə İdarəsinin Cenevrədə dərc edilən "Qlobal tendensiya” adlı illik məruzəsində yer alıb.

"Məcburi köçkün düşmüş əhalinin sayı 2018-ci ildə 2,3 milyon nəfər artıb. Hazırda bütün dünyada təqiblər, münaqişələr, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən qaçan insanların sayı 70,8 milyon nəfərə çatıb”, - deyə məruzənin müəllifləri burada "rekord yüksək” rəqəmlərdən söhbət getdiyini bildiriblər.

Ötən ilin sonlarında dünyada 25,9 milyon qaçqın, 41,3 milyon məcburi köçkün və 3,5 milyon sığınacaq almaq istəyən insan qeydə alınıb. Bütün qaçqınların təxminən 65 faizi Suriya (6,7 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər), Cənubi Sudan (2,3 milyon nəfər) və Somali (0,9 milyon nəfər) vətəndaşlarıdır.

Qaçqınları qəbul edən ölkələr arasında isə ilk yeri Türkiyə (3,7 milyon nəfər) tutur. Onun ardınca Pakistan (1,4 milyon nəfər), Uqanda (1,2 milyon nəfər), Sudan (1,1 milyon nəfər) və Almaniya (1,1 milyon nəfər) gəlir.

Məruzəyə əsasən, son 10 ildə məcburi köçkünlərin sayı 27,3 milyon nəfər artıb. Bunun əsas səbəblərdən biri Suriyada münaqişənin başlamasıdır. Həmçinin İraq, Yəmən, Konqo Demokratik Respublikası, Cənubi Sudanda münaqışələr və rohinca müsəlmanlarının kütləvi şəkildə Myanmadan Banqladeşə qaçması da məcburi köçkünlərin sayının artmasına təsir göstərib. 2018-ci ildə bu göstərici əsasən 1,5 milyon nəfərin məcburi köçkün vəziyyətinə düşdüyü Efiopiyanın, həmçinin Suriya və Venesuelanın hesabına artıb. Məcburi köçkünlər ən çox suriyalılar arasında müşahidə edilir – 13 milyon nəfər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM