Alternative content

12:00 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Donald Tramp özünün prezident seçkisi kampaniyasına başlayıb
Donald Tramp özünün prezident seçkisi kampaniyasına başlayıb
ANA SƏHİFƏ / DÜNYA
12:24 19.06.2019

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək seçkilərdə yenidən dövlət başçısı seçilmək üçün rəsmən kampaniyanın başlandığını elan edib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın mərkəzi telekanalları Amerika liderinin Florida ştatının Orlando şəhərində tərəfdarları qarşısında çıxışını canlı yayımlayıb.

Donald Trampın sözlərinə görə, hazırda ölkə çiçəklənir və yeni zirvələr fəth edir. "Bütün dünya bizim iqtisadiyyatımıza həsəd aparır. Bəlkə də iqtisadiyyatımız ölkə tarixində ən yaxşı vəziyyətdədir”, - deyə o bildirib.

"Əgər siz rüşvətə qurşanmış sistemdən birdəfəlik qurtulmaq istəyirsinizsə, seçkiyə gəlin, səs verin, səs verin, səs verin... Son 2,5 ildə biz mühasirə vəziyyətində olmuşuq. Xüsusi prokuror Robert Müllerin məruzəsi bizə qələbə qazandırdı”, - Tramp siyasi rəqiblərindən danışarkən belə deyib.

Donald Tramp, həmçinin silahlı qüvvələri gücləndirdiyini, Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini və Avropaya alternativ enerji daşıyıcıları mənbələri taparaq Rusiya üçün ciddi rəqabət yaratdığını vurğulayıb.

ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılır. Gələcək seçkiöncəsi kampaniyanın gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevral ayının əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq. Respublikaçılar öz qurultaylarını avqustun 24-27-də Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.

Ekspertlərin fikrincə, hazırkı prezident Donald Trampın pespublikaçılar arasında rəqibi yoxdur, demokratlardan isə ona sabiq vitse-prezident Co Bayden rəqib ola bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM