Alternative content

18:34 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:02 19.06.2019


Ümumdünya Turizm Təşkilatı Azərbaycanda mərkəz açmaq niyyətindədir


BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndəsi iştirak edib. İki gün ərzində "İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada "Turizm və davamlılıq”, "Yerli səviyyədə davamlılığın artırılması”, "Turizm və daxiletmə: sosial ölçü”, "Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr aparılıb. AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 18-də Bakı Konqres Mərkəzində sessiyanın yekunlarına həsr edilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

"Gələn qonaqları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi. Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam onları "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparacağıq”, - deyə agentliyin sədri vurğulayıb.

O, son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədbirlər barədə məlumat verib.

F.Nağıyev Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Vurğulanıb ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları 23 illik fasilədən sonra yenidən təşkilatda təmsil olunmaq hüququ əldə edib. ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti Bakıya gəlib.

Xüsusi olaraq qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşü olub. Görüşdə IDEA və ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlılığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.

Bakı sessiyasının işini yüksək qiymətləndirən Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili təmsil etdiyi təşkilatın yaxın vaxtlarda Azərbaycanda mərkəz açmaq niyyətində olduğunu söyləyib. O, həmçinin il ərzində dünyada 10 mərkəz açmağı planlaşdırdıqlarını nəzərə çatdırıb.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM