Alternative content

10:11 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıblar
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıblar
ANA SƏHİFƏ / İDMAN
01:57 19.06.2019


İyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları və ölkəmizin nümayəndə heyəti iyunun 18-də Belarusa yola salınıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızı ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV təmsilçiləri yola salıblar.

Atletlərimiz mötəbər yarışla bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin yüksək diqqət və qayğısından bəhs edib, II Avropa Oyunlarına böyük həvəslə yollandıqlarını vurğulayıb, göstərilən etimadı layiqincə doğruldacaqlarına, "Minsk 2019”dan qızıl medallarla qayıdacaqlarına söz veriblər.

Azərbaycanı "Minsk 2019”da idmanın 11 növü üzrə 82 atlet təmsil edəcək.

Oyunlar zamanı Belarus paytaxtına Avropanın 50 ölkəsindən 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Oyunlarda idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək.

Yarışlar idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq. Minskə xarici KİV-in mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirləri, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş nazirləri və yüksəkvəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən "Dinamo”, "Minsk-arena”, "Çijovka-arena” stadionlarında keçiriləcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq. Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. "Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM