Alternative content

20:06 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
ANA SƏHİFƏ / İDMAN
23:19 18.06.2019

Azərbaycanın idmançıları İtaliyada keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanıblar.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən M.Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də keçirilən həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisi ilə görüşdə 0:3 hesabı ilə geridə olan idmançımız əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisi ilə üz-üzə gələn idmançımız prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı dörd xallıq üstünlüyü sonadək qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də keçirilən son görüş də güləşçimizin üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn N.Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançılarımızdan Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. Xorvatiyalı güləşçiyə ilk hissədə qalib gələn X.Həsənli yarımfinala yüksəlib. Lakin təmsilçimiz bu mərhələdə Rusiya idmançısına uduzub. Xasay iyunun 18-də üçüncü yer uğrunda görüşdə gürcüstanlı rəqibinə ilk hissədə qalib gəlməklə bürünc medalı boynundan asıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM