Alternative content

11:17 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
ANA SƏHİFƏ / Mədəniyyət
23:12 18.06.2019

İyunun 18-də mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey, abidələrin mühafizəsi, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.

Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olduğunu qeyd edən nazir Əbülfəs Qarayev ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və ABŞ-ın bu tədbirdə ənənəvi olaraq yüksək səviyyədə iştirakına əminliyini bildirib. Nazir həmçinin Azərbaycan hökumətinin təşkilati dəstəyi ilə hər ilin may ayında ABŞ-da keçirilən Qafqaz Mədəniyyəti Festivalı və həmin ölkədə Azərbaycanın zəngin mədəni irsinin təqdimatına dair müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.

Pol Paker rəhbərlik etdiyi Komissiyanın fəaliyyəti barədə məlumat verib, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Görüşdə iştirak edən STMEGI Fondunun prezidenti German Zaxaryayev və Dağ Yəhudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov tərəfindən Quba şəhərində dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə Dağ Yəhudiləri Muzeyinin artıq hazır olduğunu bildirib.

Nazir Əbülfəs Qarayev muzeyin yekun tərtibatına dair tövsiyələr və açılışın təşkilinə dair tapşırıqlar verib.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edilib, Əbülfəs Qarayev mövcud geniş potensialdan səmərəli istifadə edərək əlaqələrin daha da inkişafına inamını bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM