Alternative content

10:12 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Salyanlı məktəblilər Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət ediblər
Salyanlı məktəblilər Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:54 18.06.2019

Salyanda fəaliyyət göstərən "Ana Kür” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Hərb işimiz şərəf tariximizdir” layihəsi çərçivəsində rayon məktəblilərinin və ictimaiyyətin nümayəndələrinin bir qrupunun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev-muzeyinə səfərini təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Salyanda Milli Qəhrəman Nazim Babayevin abidəsinin və şəhidlərin xatirə kompleksinin önünə gül dəstələri düzüblər.

Tanışlıq səfərində rayonun 7 nömrəli tam orta məktəbinin şagirdləri ilə yanaşı, yerli QHT-lərin - Rayon Ziyalılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin rəhbərləri, KİV təmsilçiləri, "Ana Kür” İctimai Birliyinin üzvləri iştirak ediblər.

Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyində ziyarətçiləri qəhrəmanın atası Ağakərim İbrahimov qarşılayıb. O, oğlunun uşaqlıq və gənclik illərindən danışıb, Mübarizin ordu həyatı, hər kəsə nümunə olan şərəfli hərbi xidməti, misilsiz qəhrəmanlıqları haqqında məlumat verib. Qeyd edilib ki, Mübarizin əsl qəhrəmanlıq örnəyi olan qısa, lakin şərəfli döyüş yolu hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi öyrənilir.

Ekskursiya iştirakçıları Milli Qəhrəman Mübariz İbrahimovun rəşadətini əks etdirən eksponatlarla tanış olublar.

Tədbir iştirakçılarından – "Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov, Əməkdar müəllim Allahverdi Piriyev və başqaları hərb tariximizin təbliğinin gənclərimizin vətənpərvərlik tərbiyəsindəki rolunu yüksək qiymətləndirib, tədbirin təşkilinə görə aidiyyəti qurumlara minnətdarlıqlarını bildiriblər.

Sonda səfər iştirakçılarına "Ana Kür” qəzetinin iyun nömrəsi və Azərbaycan Respublikasının dövlət bayraqları paylanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM