Alternative content

11:21 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
“Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:47 18.06.2019

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaş qəbulu keçiriblər.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 17-də "Azərsu”nun sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində vətəndaşlarla görüşüb. İyunun 18-də sədr müavini Etibar Məmmədovun Şabran şəhərində keçirdiyi qəbulda isə Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qəbullardan əvvəl "Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyətlərinin rəhbər şəxsləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Xaçmaz Sukanal Sahəsinin inzibati binasında və Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbullarda Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM