Alternative content

11:20 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misirin eks-prezidenti məhkəmə zalında vəfat etdi
Misirin eks-prezidenti məhkəmə zalında vəfat etdi
ANA SƏHİFƏ / DÜNYA
18:04 18.06.2019


Misirin sabiq Prezidenti Məhəmməd Mursi məhkəmə iclasında dünyasını dəyişmişdir. Bu barədə "əl-Əhram” qəzetinin saytı xəbər verir.

Misirin dövlət televiziyasına istinadən "Röyter” agentliyi xəbər verir ki, 67 yaşlı eks-prezident məhkəmə iclası zamanı yıxılmışdır. Bir müddət sonra hadisə yerinə gələn həkimlər onun öldüyünü bildirmişlər.

Eks-prezident dünən səhər erkən Qahirədə dəfn edilmişdir. Dəfn mərasimində yalnız mərhumun ailə üzvlərinin və vəkilinin iştirak etməsinə icazə verilmişdir.

Xatırladaq ki, "Müsəlman qardaşları” təşkilatına rəhbərlik etmiş Mursi Prezident Hüsni Mübarəkin əsas əleyhdarlarından biri idi. "Ərəb baharı”nın tərkib hissəsinə çevrilmiş kütləvi iğtişaşlardan və dövlət başçısının istefasından sonra ölkədə keçirilmiş demokratik prezident seçkilərində Mursi qalib gəlmişdi. O, 2013-cü ildə hərbi çevriliş nəticəsində devrilmiş və həbs olunmuşdu.

Mursi 2011-ci ildə "Müsəlman qardaşları”nın digər fəalları ilə birlikdə həbsxanadan qaçmaqda, 2012-ci ilin dekabrında etirazçıların öldürülməsində və Fələstinin HƏMAS hərəkatının xeyrinə casusluqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM