Alternative content

21:36 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dörd ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 10,9 milyard dollar olub
Dörd ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 10,9 milyard dollar olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:01 18.06.2019

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 10,9 milyard ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 10 milyard 965,2 milyon dollar, o cümlədən ixracın dəyəri 6 milyard 415,8 milyon dollar, idxalın dəyəri 4 milyard 549,4 milyon dollar təşkil edib, nəticədə 1 milyard 866,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 17,7 faiz, o cümlədən idxal 50,3 faiz, ixrac 1,9 faiz artıb. Real ifadədə isə dövriyyə 7,3 faiz, o cümlədən idxal 19,5 faiz, ixrac 1,4 faiz çoxalıb.

İxracın 29,8 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 7,8 faizini Çinə, 6,3 faizini İsrailə, 5,3 faizini Almaniyaya, 5,1 faizini İspaniyaya, 4,7 faizini Hindistana, 3,6 faizini Fransaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Gürcüstana, 3 faizini Portuqaliyaya, 2,5 faizini Rusiyaya, 14,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi İsveçrə, 14,5 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 5,3 faizi İran, 4,6 faizi Almaniya, 4,2 faizi ABŞ, 3,1 faizi Ukrayna, hər biri 2,8 faiz olmaqla İtaliya və Kanada, 2,7 faizi Avstraliya, 2,3 faizi Qazaxıstan, 23,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM