Alternative content

07:37 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Ermitajinda Pərvin Gözəlovun elmi məruzəsi dinlənilib
Dövlət Ermitajinda Pərvin Gözəlovun elmi məruzəsi dinlənilib
ANA SƏHİFƏ / Elm və texnika
15:58 18.06.2019

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajı Muzeyində 6-8 iyun 2019-cu ildə təşkil edilmiş "İN HOC SİGNO VİNCES” (Bu Bayraq Altında Qalib Gələcəksən) şüarlı beynəlxalq bayraqşunaslıq simpoziumunda, "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB sədrinin birinci müavini, İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika mütəxəssisi Pərvin Gözəlovun "XVIII-XIX-cu əsr Azərbaycan bayraqlarında alov rəmzi” adlı elmi məruzəsi dinlənilib.

Tarixçi alim P.Gözəlovun məruzəsində Azərbaycan xanlıqlarının bir hissəsinin Rusiya imperiyası silah gücü ilə tərkibinə daxil etmiş, digər hissəsinin isə 1783-cü il "Georgievsk” və 1828-ci il "Türkmənçay” müqavilələri əsasında Rusiya imperiyası və Qacar dövləti (İran) arasında bölünmüşdür. Rusiya imperiyasının tərkibinə daxil edilmiş Azərbaycan xanlıqlarının dövlətçilik atributlarından ən vacibi olan bayraqları "Qənimət arsenalı”nda saxlanılsa da, sonrakı dövrlərdə bayraqlar bir neçə hissəyə bölünərək müxtəlif fondlarda saxlanılıb. 1925-ci ildə Tiflisdə yerləşən Qafqaz Hərbi Tarix Muzeyindən, Azərbaycan Dövlət Muzeyinin müdiri Davud Şərifov tərəfindən Azərbaycan xanlıqlarının 13 (on üç) bayraqlarının gətirilməsi barədə məlumat verildi.

Azərbaycanlı alim Pərvin Gözəlov məruzəsində Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan üç bayraq haqqında Bakı xanlığının bayrağında "alov püskürən” əjdaha təsviri, Gəncə və Şəki xanlıqlarının üzərində isə əks olunan "Lampa” təsvirinin "Alov” simvolunu ifadə etməsi barədə geniş məlumat vermişdir. Azərbaycan ərazisində Qafqaz Albaniyası məbədlərində şam əvəzinə lampaların istifadə edilməsi və Azərbaycanda "Zərdüştlük” mədəniyyətinin qədim kökləri və Bakı şəhəri ətrafında yerləşən "Atəşgah” məbədi barədə beynəlxalq simpozium iştirakçılarına məlumatlandırmışdır.

Məruzə zamanı fotoslaydlar nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılmışdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM