Alternative content

11:16 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir
Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:34 18.06.2019

Dahi Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində (DSX) böyük təntənə ilə davam etdirilir.

DSX-nin mətbuat mərkəzində AZƏRTAC-a bildiriblər ki, hərbi hissə və bölmələrdə keçirilən seminarlarda, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edirlər.

Silsilə tədbirlər çərçivəsində iyunun 17-də Dövlət Sərhəd Xidmətində Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Almaz Ülvi Binnətovanın və Azərbaycan Respublikasının Xalq artisti, dövlət mükafatı laureatı Şeyx Əbdül Mahmudbəyovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirən, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilən, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verilib.

Çıxışlarda Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması və məhz Dahi Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin UNESKO-nun tədbirləri siyahısına daxil edilməsi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilməsi xüsusi vurğulanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ildə Parisdə Nəsiminin anadan olmasının ildönümünün qeyd edilməsi, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə Nəsimi poeziya festivalının keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunması bir daha ölməz şairin yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərimizə dövlətimiz tərəfindən göstərilən ehtiramın ifadəsi olduğu böyük minnətdarlıqla bildirilib.

Tədbirin sonunda Bakı Bələdiyyə Teatrının kollektivi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan bədii kompozisiya nümayiş etdirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM