Alternative content

07:36 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İkinci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək
İkinci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək
ANA SƏHİFƏ / İDMAN
15:32 18.06.2019

Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, həm kişilərdən, həm də qadınlardan ibarət cüdo komandalarımızın üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Cüdoçularımızdan 9-u kişi, 6-sı isə qadındır. Qadınların yarışında Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Nuriyə Axundova (63 kq), İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.

Kişilərin yarışında isə ölkəmizi Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) təmsil edəcəklər.

İkinci Avropa Oyunlarının cüdo yarışlarına iyunun 22-də start veriləcək. Üç gün ərzində baş tutacaq fərdi mübarizədən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM