Alternative content

21:38 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:31 18.06.2019

"Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına dair razılığa gəlinib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin mayında Tehranda imzalanmış "Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən, beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Bakıda keçirilib.

Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib. İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, cari ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

H.Həsənov son illər ölkəmizdə irimiqyaslı islahatların həyata keçirilməsindən, respublikamızın beynəlxalq aləmə inteqrasiyası istiqamətində əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycanla İranın ikitərəfli əlaqələrdən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışıb. Qeyd edib ki, 2018-ci ildə Azərbaycanla İranın ticarət dövriyyəsi 446 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 74 faiz çoxdur.

Görüş zamanı əldə edilən ən mühüm razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub. Qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə Azərbaycan-İran Qarışıq Komissiyasının növbəti iclası öz işinə yekun vurub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM