Alternative content

10:56 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV «Hədəf»in şagirdləri 40 km sürətlə 80 kq yükü daşıya bilən elektrik maşın hazırlayıblar
«Hədəf»in şagirdləri 40 km sürətlə 80 kq yükü daşıya bilən elektrik maşın hazırlayıblar
ANA SƏHİFƏ / Təhsil
13:20 18.06.2019


Hədəf STEM Liseyində Qurtuluş gününə həsr olunmuş «EFMF 2019» – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib


Hədəf STEM Liseyində 15 iyun Qurtuluş gününə həsr olunmuş EFMF 2019 – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib. Şüarı "Xəyallarını əllərin göstərsin” olan festival Hədəf STEM liseyi müəllimlərinin lisey balabilgələrilə bir il ərzində hazırladıqları layihələr əsasında baş tutub. Tədris ili boyunca AZTV ilə Hədəf Liseyin birgə layihəsi olan "Uğur düsturu” verilişində bəzi layihələr nümayiş edilib, elmi izahları və həlləri verilsə də, son yekun hesabatda liseyin əksər şagirdlərinin də işləri sərgiləndi.

Milli Qurtuluş Gününə həsr olunmuş «EFMF 2019»-u giriş sözü ilə liseyin qurucu direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açaraq bildirdi ki, «Ulu Öndər Heydər Əliyevin "Təhsil Millətin gələcəyidir” şüarı ilə yola çıxan hədəfçilər olaraq düşünürük ki, müstəqil dövlətimizin gəncləri Cənab prezidentimiz İlham Əliyevin də "İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik…” fikirləri ilə böyütməli, onları Azərbaycanımızın gələcəyinə hazırlamalıyıq. Bunu üçün də biz profil olaraq mühəndislik və texnologiyanı seçdik. Budur, şagirdlərimiz ilk bacarıqlarını sizlər üçün nümayiş etdirirlər. Bu gün yüzdən çox fərdi şəkildə hazırlanmış faydalı mühəndislik avadanlıqları ilə yanaşı, 9-10-cu sinif şagirdlərimiz STEM Mərkəzimizin rəhbəri Eşqin Quluzadənin dəstəyi ilə komanda şəklində saatda 40 km sürətlə 80 kq yükü daşıya bilən elektrik maşın hazırladılar. Bu gün həmin maşını sizlərə təqdim edirik”.

Sonra Liseyin direktoru milli geyimli balabilgələrin hazırladıqları nanəli şərbəti qonaqlara təqdim etdi və mavi rəngli ipəyi açaraq Hədəf maşınını qonaqlara nümayiş etdirdi. Festivalda iştirak edən Gömrük Akademiyasının rektoru Qulu Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Dövlət Pedaqoji Universiteti Elm və innovasiyalar şöbəsinin müdiri Yusf Əliyev, Respublikanın Əməkdar müəllimi, Təhsil İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət, Behrud İnşaatın rəhbəri İlham Alməmmədov, BP-nin şöbə müdiri Zaur Cəbrayıl, Nəsimi rayon 36 nömrəli məktəbin direktoru Emilya Səfərova və digərləri yüksək nəticə toplayan şagirdlərə sertifaktlarını təqdim etdi, festivalla tanış olub, şagirdlərin təqdimatlarını dinlədilər. EFMF 2019 layihəsinin rəhbəri Cahid İsmayılov qonaqları sərgi ilə tanış etdi və qeyd etdi ki, gələn ildən bu festivalın respublika səviyyəsində keçirilməsi planlaşdırırlır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM