18 Iyun 2019 00:11
588
CƏMİYYƏT
A- A+

Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimi olub.Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib



İyunun 17-də Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində Neftçalada yerləşən Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xıllı nərə balıqartırma zavodu 2003-cü ildə istismara verilib. Bu zavod Xəzər regionunda ən iri nərə balıqartırma müəssisəsidir. Burada bölgə, nərə, kələmo və uzunburun kimi nərə cinsli balıq növləri artırılaraq Kür çayının mənsəbinə buraxılır. Zavodun istehsal gücü ildə 15 milyona qədər nərə balıq körpələridir. Ümumi sahəsi 15 hektar olan zavodda 4 nohur, 54 beton hovuz var.

Müəssisə ilə tanışlıqdan sonra Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi oldu.

Mərasimdə iştirak edən BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov jurnalistlərə müsahibəsində dedi: "Hər dəfə Azərbaycana gələndə təəssürat içində oluram. Bu gün mənim üçün daha bir səhifə açılıb. Leyla xanım Əliyeva ekologiya problemi ilə kifayət qədər çoxdan və ciddi məşğul olur. O, aydın başa düşür ki, Yer üzündə ən böyük sərvət insandır. İnsan isə yalnız ekologiyanın normal olduğu yerdə, normal təbii şəraitdə salamat qala bilər. Odur ki, bu işlə məşğul olur. Əlbəttə, bu, Birləşmiş Millətlər Təşkilatında təbiəti mühafizə ilə məşğul olan təşkilatın səfiri kimi məni çox sevindirdi. Bu problemlə getdikcə daha çox məşğul olduğum üçün deyə bilərəm ki, indi bu, ən başlıca məsələdir”.

Qeyd edək ki, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın "Mavi Dəniz Fondu” (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video