Alternative content

03:00 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
ANA SƏHİFƏ / SİYASƏT
00:07 18.06.2019


Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında deyilir: "Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə "bundan sonra nə?” sualı ilə müraciət etməli oluruq”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM