Alternative content

11:37 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maliyyə Bazarlarına Nəzarət Palatasında Milli Qurtuluş Günü qeyd edilib
Maliyyə Bazarlarına Nəzarət Palatasında Milli Qurtuluş Günü qeyd edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
23:58 17.06.2019


Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

MBNP-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətinin və xalqının qarşılaşdığı çətinliklər barədə məlumat verilib, dövlətçiliyimizin yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, belə bir tarixi məqamda xalqımız israrla ulu öndər Heydər Əliyevi hakimiyyətə gəlməyə səsləyib və dahi lider ikinci dəfə 1993-cü il iyunun 15-də böyük risklərə baxmayaraq, xalqın səsinə cəsarətlə cavab verib, bununla da ölkədə tüğyan edən gərginlik və qarşıdurmalar səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı həmin tarixi qayıdış xalqımız tərəfindən böyük sevinclə qarşılanıb və tariximizə Milli Qurtuluş Günü kimi yazılıb.

Bildirilib ki, rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxarıb, beynəlxalq aləmdə Azərbaycanın bərabərhüquqlu və müstəqil dövlət kimi tanıdılmasında əlindən gələni əsirgəməyib və ölkəmizin tərəqqisi naminə daim səylə çalışıb. Təsadüfi deyil ki, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevlə başlayan milli qurtuluş ideologiyası və fəlsəfəsinin hazırda Prezident İlham Əliyevin simasında uğurla davam etdirildiyi və bu uğurun respublikamızın davamlı inkişafında özünü büruzə verdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, hazırda ölkəmiz beynəlxalq münasibətlər çərçivəsində müstəqil və suveren dövlət kimi öz sözünü deməklə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən hazırlanan nüfuzlu reytinq və hesabatlarda iqtisadiyyatın müxtəlif sahələri üzrə ön sıralarda qərarlaşır.

Tədbirin sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişi əsasında hazırlanmış ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM