Alternative content

18:05 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib
SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:54 17.06.2019


SOCAR-la ABŞ-ın "Honeywell Performance Materials and Technologies” ("Honeywell PMT”) şirkətlər qrupunun əməkdaşlığı müzakirə olunub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, "SOCAR Tower”də şirkətin prezidenti Rövnəq Abdullayev "Honeywell PMT”nin prezidenti və baş direktoru Raciv Quatamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

R.Abdullayev "Honeywell PMT” şirkətlər qrupuna daxil olan "UOP” şirkəti ilə SOCAR arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib, bu əlaqələrin Türkiyədə "Star” neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində daha da dərinləşdiyini bildirib. SOCAR-ın prezidenti "UOP” təmsilçilərini modernləşdirmə prosesində daha aktiv olmağa dəvət edib.

"Honeywell PMT” şirkətinin prezidenti və baş direktoru R.Qautam rəhbərlik etdiyi şirkətin "Star” neft emalı zavodunun tikintisi və Heydər Əliyev adına NEZ-in modernləşdirilməsi layihələrində yaxından iştirak etməsindən məmnunluğunu bildirib, şirkətə məxsus müasir emal texnologiyalarının Azərbaycanda tətbiqində, həmçinin azərbaycanlı mütəxəssislərin peşə təlimlərinə cəlb edilməsində maraqlı olduğunu vurğulayıb.

Qeyd olunub ki, SOCAR Heydər Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsində və Türkiyədə "Star” zavodunda bir sıra texnoloji qurğularda "Honeywell UOP” şirkətinin texnologiyalarından istifadə edir. Bununla yanaşı, "Honeywell PMT” şirkəti qeyd olunan hər iki layihədə Əsas Avtomatlaşdırma Podratçısı qismində iştirak edərək zavodları ən müasir avtomatlaşdırma sistemləri ilə təmin edir.

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin səyləri və uzaqgörən siyasəti sayəsində hələ 1980-ci ildə hazırda onun adını daşıyan neft emalı zavodunda "UOP” texnologiyası ilə ilk katalitik riforminq qurğusu quraşdırılmış və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzinin istehsalına doğru mühüm addım atılıb.

"Honeywell UOP” (www.uop.com) emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur, neft emalı, neft-kimya və qaz emalı üzrə konsaltinq xidmətləri göstərir. Şirkət "Honeywell’s Performance Materials and Technologies” strateji biznes qrupunun bir hissəsi olub, neft-qaz, emal, neft-kimya, kimya və digər sənaye sahələrində avtomatlaşdırma proseslərinin pioneridir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM