17 Iyun 2019 17:51
849
Təhsil
A- A+

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 715 kollec məzununun ərizəsi təsdiqlənib



Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elektron ərizələrin qəbulu internet vasitəsilə aparılır. İyunun 17-si saat 10:45-ə olan məlumata görə, 728 subbakalavr qeydiyyatdan keçib. Onlardan 715-nin ərizəsi təsdiqlənib.

Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar "Tələbə-məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video