15 Iyun 2019 18:53
1291
Təhsil
A- A+

Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Gələcəyə doğru” adlı məzun gecəsinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir, məktubda məzunların müstəqil həyata, öz taleyinizi müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyduğu vurğulanır.

Məktubda deyilir: "Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir elmin yeniliklərini dərindən mənimsəmək günümüzün tələbidir. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir.

Seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir”.

Qeyd olunur ki, təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük vəsait yatırılmaqdadır. Əsas hədəfimiz savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir. Çünki parlaq gələcəyimizi qurmaq sizin üzərinizə düşəcəkdir.

Son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçdiyinin, qarşıda yeni hədəflər dayandığının vurğulandığı məktubda məzunlara müraciətdə deyilir: "Cənab Prezident İlham Əliyev inamlı addımlarla bizi daha gözəl bir gələcəyə doğru aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Gəlin birlikdə vətənimiz Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsinə dəstək olaq”.

Birinci vitse-prezidenti Mehriban Əliyeva məzunlara sonrakı təhsildə və fəaliyyətdə yeni nailiyyətlər arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video