15 Iyun 2019 15:46
939
SİYASƏT
A- A+

Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir


İyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Müdafiə naziri 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin çoxşaxəli fəaliyyətindən və ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb. Nazir çıxışında xüsusi qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.

Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, ötən ay ərzində görülən işləri, xüsusilə Bakı və Naxçıvanda keçirilən təlimlərin nəticələrini təhlil edərək bildirib ki, ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyəti və təminatı yüksək səviyyədədir və bu istiqamətdə planlaşdırılan bütün tədbirlər tam həcmdə yerinə yetirilib.

General-polkovnik Z.Həsənov snayperlərin fəaliyyəti, müdafiənin dayanıqlılığı, maskalanmanın effektiv təşkili, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının ehtimal olunduğu istiqamətlərdə onun qarşısının xüsusi qurğu və vasitələrin tətbiqi ilə dərhal və adekvat tədbirlər görməklə alınması ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Havanın hərarətinin yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasını da komandir və rəis heyətinə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video