Alternative content

18:07 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublika Günü, Silahlı Qüvvələr Günü və diplomatik xidmət orqanlarımızın 100 illiyi Ankarada qeyd edilib
Respublika Günü, Silahlı Qüvvələr Günü və diplomatik xidmət orqanlarımızın 100 illiyi Ankarada qeyd edilib
ANA SƏHİFƏ / SİYASƏT
13:58 15.06.2019

Azərbaycanın Türkiyədəki səfirliyində 28 May – Respublika Günü, Silahlı Qüvvələr Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Türkiyənin rəsmi şəxsləri, Silahlı Qüvvələrin generalları, elm və mədəniyyət xadimləri, Ankarada fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, qardaş ölkədə çalışan, yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyimizin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlunun çıxışları olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən respublikamızın əldə etdiyi nailiyyətlərdən danışan Xəzər İbrahim diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq aləmdəki mövqelərini sürətlə möhkəmləndirir, ölkədə əsaslı sosial-iqtisadi layihələr həyata keçirilir, əhalinin rifahı yaxşılaşdırılır. Bu siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri indi ən güclü ordulardan birinə çevrilib. Azərbaycan regional proseslərdə həlledici gücə malikdir. Azərbaycanın müstəqilliyinin bərpasını sevinclə qarşılayan qardaş Türkiyə 100 il əvvəl olduğu kimi yenə də bizimlədir.

Silahlı Qüvvələrimizin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran polkovnik Müşfiq Məmmədov bildirib ki, ordumuzun formalaşmasında Türkiyə dövlətinin əhəmiyyətli rolu olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirərək ordumuzun qüdrətlənməsi istiqamətində fəaliyyəti daha da gücləndirib. Azərbaycan ərazisinin iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğal olunduğunu bildirən hərbi attaşe qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə və beynəlxalq hüququn normaları çərçivəsində həlli istiqamətində səylərini davam etdirir. Sülh danışıqları nəticə vermədikdə münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq. Azərbaycan Silahlı Qüvvələri hər an buna hazır vəziyyətdədir.

Azərbaycan Ordusunun ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində böyük imkanlara malik olduğunu diqqətə çatdıran çıxışçı bildirib ki, Naxçıvanda keçirilən "Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir.

Respublika Günü və Silahlı Qüvvələrimizin yaranmasının ildönümü, həmçinin diplomatik xidmət orqanlarının yubileyi münasibətilə xalqımıza səmimi təbriklərini çatdıran Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir. Azərbaycanın və Türkiyənin sarsılmaz qardaşlığı gücümüzə əlavə güc qatır. Nazir qeyd edib ki, Türkiyə bütün məsələlərdə olduğu kimi, ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində də hər zaman Azərbaycanın yanında olacaq.

Çıxışlarda müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişafından bəhs edilib. Qeyd olunub ki, ötən əsrin əvvəllərində istiqlalımız qazanılanda olduğu kimi, XX əsrin sonunda suverenliyimiz bərpa olunanda da müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olub. Diqqətə çatdırılıb ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və ölkənin qüdrətlənməsi qardaş Türkiyədə sevinclə qarşılanır. Azərbaycanın və Türkiyənin liderliyi ilə reallaşmış Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP-ın və perspektivdə olan digər beynəlxalq layihələrin əhəmiyyəti yüksək dəyərləndirilib. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir” və ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” kəlamları nəsillərə örnəkdir.

Açılışdan sonra səfir Xəzər İbrahim və Türkiyənin Sosial Xidmətlər və Ailə naziri Zehra Zümrüt Selçuk "Azərbaycan” mövzusunda rəsm çəkən azərbaycanlı və türkiyəli şagirdlərə təşəkkürnamələr təqdim ediblər.

Mərasim bədii proqramla davam edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM