Alternative content

10:06 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müstəqilliyimizi əbədi edən tarixi missiya
Müstəqilliyimizi əbədi edən tarixi missiya
ANA SƏHİFƏ / SİYASƏT
01:34 15.06.2019


Tarixinin şərəfli və əzəmətli dövrünü yaşayan Azərbaycan bu gün yerləşdiyi bölgənin aparıcı dövləti, dünya birliyinin ehtiram olunan üzvüdür. Gənc olmasına baxmayaraq, respublikamız kosmik kluba üzv olmaqla, BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən mötəbər qurumuna rəhbərlik etməklə, sosial-iqtisadi sahədə qısa dövrdə böyük inkişaf yolu keçməklə bir çox dövlətlərin həsəd apardığı nailiyyətlər qazanıb.

Bütün bunlarla yanaşı, müstəqil və qətiyyətli siyasəti, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış etməsi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi Azərbaycana beynəlxalq səviyyədə yüksək nüfuz qazandıran, imicini yüksəldən mühüm uğurlardır.

Bu gün ölkəmizin müstəqillik salnaməsinin parlaq səhifələri yazılır. Amma Azərbaycanın müstəqillik yolu digər keçmiş sovet respublikaları kimi hamar olmadı. Biz bu yolda çox maneələrdən, dolanbaclardan, çətinliklərdən keçməli olduq. Çox əziyyətlərə qatlaşdıq və müstəqilliyimizi qoruyub saxlaya bildiyimiz, dövlətçiliyimizi yaşatdığımız üçün bir şəxsə - ümummilli lider Heydər Əliyevə borcluyuq.

Ümumiyyətlə, Heydər Əliyev həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın və dövlətimizin mənafeləri üçün çalışıb, onu hər şeydən uca tutub, Azərbaycanın inkişafı üçün misilsiz işlər görüb. Bu mənada ulu öndərin ölkəmizə istər sovet illərində, istərsə də müstəqillik dövründə rəhbərliyə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. Birinci dəfə ulu öndər Azərbaycanı Sovetlər birliyinin inkişaf etmiş sənaye-aqrar respublikasına çevirdi, gələcək müstəqilliyimizin əsaslarını formalaşdırdı.

İkinci dəfə isə Heydər Əliyev Azərbaycanı yeni qazandığı müstəqilliyi itirməkdən, parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Ulu öndər xalqın istəyi ilə 1993-cü ildə Naxçıvandan Bakıya gəldiyi zaman Azərbaycanın müstəqilliyinin hələ iki ili tamam olmamışdı. Amma bu qısa dövrdə hakimiyyətdə olan siyasi qruplar ölkəni onilliklərə bərabər geri salmışdılar.

Bir-birini əvəz edən iqtidarların heç biri yeni yaranmış müstəqil dövlətin əsaslarının formalaşdırılması, dövlət quruculuğu, yeni iqtisadi formasiyaya uyğun olaraq islahatların həyata keçirilməsi ilə bağlı qarşılarında dayanan vəzifələri yerinə yetirə bilməmişdilər. Bu azmış kimi səriştəsiz dövlət idarəçiliyi nəticəsində respublikanı siyasi böhrana, xaosa sürükləmişdilər. Ölkədə hakimiyyətsizlik baş alıb gedirdi. Ordunun vahid komandanlığa tabe olmaması, yaradılan taborların ayrı-ayrı şəxslərin əmrləri ilə hərəkət etməsi tezliklə cəbhədəki uğursuzluqlarda özünü göstərməyə başladı. Bütün bunların fonunda ölkədə cinayətkarlığın səviyyəsi dəfələrlə yüksəlmiş, əhalinin rifahı isə görünməmiş dərəcədə pisləşmişdi. O dövrün əsas problemlərindən biri isə Azərbaycanın parçalanmasını istəyən dairələrin yaranmış fürsətdən istifadə edərək öz planlarını işə salmaları idi. Şimal və cənub rayonlarında separatizm baş qaldırmışdı.

AXC-Müsavat hakimiyyəti ölkəni düşdüyü bu vəziyyətdən xilas etməkdə aciz idi. O dövrün təhlili göstərir ki, onların iqtidarı yaranmış problemlərin həlli üçün bir dəfə də olsun normal təşəbbüslə çıxış edə bilmədi. Əksinə, hər addımda böhranın daha da dərinləşməsinə rəvac verdilər. 1993-cü il iyun ayının əvvəllərində Gəncədə baş verən hadisələr isə böhranın pik nöqtəsi oldu.

Həmin vaxt xalqımızın Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki hər kəs bilirdi ki, Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilər. Beləliklə, 1993-cü ilin iyun ayının 9-da Heydər Əliyev xalqın istək və arzusu ilə Naxçıvandan Bakıya gəldi. Gəncəyə gedərək vəziyyətlə yerindəcə tanış olan ulu öndərin iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsindən sonra Azərbaycanda vəziyyət müsbətə doğru dəyişməyə başladı. Bütün bunların məntiqi nəticəsi olaraq Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkədə tamamilə yeni siyasi-ictimai və sosial-iqtisadi münasibətlər sisteminin bərqərar edilməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu.

O illərdə Heydər Əliyevin qarşısında çox çətin vəzifələr dururdu. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Dağılmış iqtisadiyyat, inflyasiya, işsizlik, qanunsuz silahlı birləşmələrin hakimiyyət uğrunda çəkişmələri, kriminogen durum, qonşularla pozulmuş münasibətlər, ayrı-ayrı bölgələrdə baş qaldıran separatizm meyilləri, daxili və xarici təhdidlər cəmiyyəti əsl fəlakətə sürükləyirdi. Bu halların hər biri ilə bağlı mühüm qərarların verilməsi tələb olunurdu. Hər şeydən əvvəl Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, dövlətimizi beynəlxalq təcrid mövqeyindən çıxarmaq, xalqımızın üzləşdiyi problemləri, ilk növbədə, Ermənistanın təcavüzü ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və nəticə etibarilə haqq işimizə beynəlxalq dəstəyi təmin etmək zəruri idi. Başqa bir mühüm vəzifə qonşu ölkələrlə münasibətləri sahmana salıb mehriban qonşuluq və regional əməkdaşlıq mühiti yaratmaq, bölgədə maraqları toqquşan iri dövlətlərlə münasibətdə tarazlaşdırılmış xarici siyasət xətti hazırlayıb reallaşdırmaq və beləliklə, Azərbaycanın dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş imicini formalaşdırmaq idi. Eyni zamanda, Azərbaycan diplomatiyası qarşısında ölkəmizin dünya birliyinə, ilk növbədə, Avropa strukturlarına inteqrasiyasını təmin etmək, müxtəlif beynəlxalq və regional təşkilatlara qoşulub onların fəaliyyətində yaxından iştirak etməklə ölkəmizin dünya siyasətində yerini müəyyənləşdirmək və beynəlxalq aləmdə ona layiq olduğu mövqeyi qazandırmaq kimi həyati əhəmiyyətli vəzifələr dururdu.

Bütün bu vəzifələri uğurla həyata keçirməkdən ötrü ölkədə əlverişli şərait mövcud olmalı idi. Ona görə də Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin etməkdən ötrü ardıcıl tədbirlər həyata keçirdi. İnsanlarımızın əmin-amanlığına təhlükə törədən qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoyuldu. Cəbhə bölgəsində atəşkəs əldə olundu, insan tələfatının qarşısı alındı, torpaqlarımızın azadlığı uğrunda mübarizə müharibə səngərindən diplomatiya səngərinə, zəka döyüşü müstəvisinə keçməyə başladı. Azərbaycan iqtisadi inkişaf imkanları, qlobal iqtisadi təşəbbüsləri ilə bu döyüşdə üstünlüyü ələ almağa başladı.

Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi idi. Məhz onun zəngin təcrübəsinin nəticəsi idi ki, Azərbaycanda 1993-cü ildən sonra dövlət quruculuğu uğurla həyata keçirilməyə başladı. Məhz ulu öndərin dühasının qüdrəti sayəsində siyasi və milli-ideoloji birliyin təməli qoyuldu, dövlətçilik ənənələri bütün vətəndaşlarımızın ümdə əqidəsi oldu. Dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələri idi. O, gərgin zəhməti, diplomatik uzaqgörənliyi sayəsində Azərbaycanın sivil dünyaya inteqrasiyasına yol açdı. Bütün bunlara Heydər Əliyev dönmədən həyata keçirdiyi siyasi və iqtisadi islahatlarla nail oldu. Xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi.

Heydər Əliyev Azərbaycanda siyasi mədəniyyət formalaşdırdı. Cəmiyyətimizdə milli vəhdəti təmin etdi. Müstəqil dövlətçiliyimizin təməl prinsiplərini irəli sürdü və bu təməl prinsiplər Azərbaycanın yalnız dünənini, bugününü deyil, əsrlər sonrakı gələcəyini də nəzərdə tutur. Ən əsası Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi tam təmin olundu.

Ulu öndərin irəli sürdüyü yeni neft strategiyası Azərbaycanın müstəqilliyinin, sosial-iqtisadi inkişafının rəhninə çevrildi. 1994-cü ildə dünyanın ən böyük enerji şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi” sayəsində regionda yeni bir tarix başlandı. Bu tarixinsə əsas qəhrəmanı məhz Azərbaycandır. Heydər Əliyevin gələcəklə bağlı aydın hədəfləri, qətiyyəti, yüksək siyasi iradəsi sayəsində Azərbaycan regionun mənzərəsini müəyyənləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Böyük İpək yolu və s. bu kimi qlobal enerji-kommunikasiya layihələrini xəyallardan gerçəkliyə çevirdi.

Azərbaycanın sarsılmaz dövlətçiliyinin, əbədi müstəqilliyinin təməlinin qoyulduğu 15 İyun haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazıldı. Bu müqəddəs günü tarixə yazan ümummilli lider Heydər Əliyevdir! Milli Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Bütün bunları nəzərə alaraq Milli Məclis tərəfindən 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması barədə qərar qəbul olunub. Bu günü qədirbilən xalqımız hər zaman əziz və uca tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir.

Bu gün müstəqil Azərbaycan inamla gələcəyə doğru irəliləyir, yüksəlir və qüdrətlənir. Azərbaycanın yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Bütün bunlar həm də onu göstərir ki, ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyətini və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib. Namizəd olduğu bütün prezident seçkilərində xalqın böyük inam və etimadını qazanaraq yalnız ona güvəndiyindən güclü siyasi iradə, əzm və cəsarət sahibi olan İlham Əliyev 2003-cü ildən bəri mövcud resursları səmərəli şəkildə səfərbər edərək əvvəlki dövrlərdəki inkişaf konsepsiyasının daha yüksək səviyyədə təkmilləşdirilməsinə nail olub.

16 il dövlət üçün elə də uzun zaman kəsiyi deyil. Amma Azərbaycanın bu dövrdə qazandığı möhtəşəm nailiyyətlər, sosial-iqtisadi yüksəliş, beynəlxalq imicin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Ötən 16 ilin statistikasına nəzər salsaq qürur doğuran iqtisadi nailiyyətlərin qazanıldığını görərik. Ən mühüm uğurlarımızın sırasında Azərbaycanda ümumi daxili məhsul istehsalının 3,3 dəfə artımını xüsusi qeyd etməliyik. Və elə ÜDM-in tərkib hissəsi olaraq sənaye potensialı 2,6 dəfə çoxalıb ki, bu da ölkənin keçdiyi nümunəvi inkişaf yolunun mühüm göstəricisidir. Valyuta ehtiyatlarımızın bu dövrdə 47 milyard dollara çatması, 100 mindən çox müəssisənin yaradılması kimi diqqətəlayiq göstəricilərin hər biri keçdiyimiz şərəfli inkişaf yolunun ayrı-ayrı səhifələridir. Bu, ümumiyyətlə, analoqu olmayan yüksəliş nümunəsidir.

Müsbət iqtisadi göstəriciləri ilə yanaşı respublikamız həm də siyasi baxımdan sabit ölkə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə qədər bütün möhtəşəm uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir. Bu siyasət Azərbaycanın bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin məkanına çevrilməsini təmin edib. Bunların hamısı, ilk növbədə, onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə həyata keçirilir.

Prezident İlham Əliyevin ötən 16 ildəki əzmkar fəaliyyəti Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz siyasi qüvvə statusunu daha da möhkəmləndirib. YAP-ın güclü siyasi partiya kimi bu dövrdə özünü layiqincə təsdiqləməsi cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir.

Heydər Əliyevin qurduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Azərbaycan dövlətinin hər bir uğuru təsdiq edir ki, ulu öndərin ideyaları yaşayır və müstəqil dövlətimizin yüksəlişinə xidmət edir.

Aytac ƏLİYEVA,

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM