Alternative content

02:58 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyevin millətə qurtuluş bəxş edən yolu
Heydər Əliyevin millətə qurtuluş bəxş edən yolu
ANA SƏHİFƏ / SİYASƏT
01:29 15.06.2019


Keçən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanda çox ağır, mürəkkəb və ziddiyyətli dövr idi. Ölkədə özbaşınalıq, hərc-mərclik baş alıb gedir, silahlı quldur dəstələri istədiklərini edirdilər. Başqa sözlə, AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə bir vaxtda xalqımızın Azərbaycanın taleyini düşünən, onun bütövlüyünü, vahidliyini təmin edə biləcək liderə ehtiyacı var idi. Bu lider isə yalnız Heydər Əliyev idi. Lakin mahiyyət etibarı ilə xalqa yad ünsürlər bütün qüvvələrini səfərbər edirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlməsin. Ulu öndərin sadəcə adı onlar üçün qorxu demək idi. Odur ki, Heydər Əliyevin adının belə çəkilməsi o illərdə yasaq edilmişdi. Onlar Heydər Əliyevə böhtanlar, iftiralar ataraq ləkələməyə, xalqın gözündən salmağa, hətta həyatına qəsd təşkil etməyə çalışırdılar.

Qara qüvvələr respublikamızın Ali Sovetinin sessiyalarında xalqımızın dahi oğlunun əleyhinə ayrı-ayrı deputatların qərəzli çıxışlarını da təşkil edirdilər. Heç bir etik normalara məhəl qoymadan həyasızcasına dövrümüzün müdrik şəxsiyyətinin ünvanına böhtanlar yağdırırdılar. Əslində, o illər Heydər Əliyevə pənah gətirən böyük xalqla bir ovuc satqın qüvvələrin üz-üzə dayandığı ağır və çətin dövr idi.

Qarşıdurmalar 1993-cü ilin iyununda Gəncə qiyamı ilə nəticələndi. Bu dövrdə respublikada separatçılıq meyilləri tüğyan edir, böyük hərbi hissəyə rəhbərlik edən Sürət Hüseynov qoşunları cəbhə xəttindən geri çəkərək iqtidara meydan oxuyurdu. Ölkədə mövcud olan dərin siyasi, iqtisadi və sosial böhran hakimiyyəti iflic vəziyyətinə gətirib çıxardı. Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya göndərildi, ölkə heç bir qurum və ya şəxs tərəfindən idarə olunmurdu. Tam hakimiyyətsizlik şəraiti yaranmışdı. Ümumiyyətlə, ozamankı "iqtidarın” apardığı tədbirlər cəmiyyəti görünməyən uçurum qarşısında qoymuşdu. Onların respublikada yaratdıqları ictimai-siyasi xaos, anarxiya, zorakılıq nəticə etibarı ilə vətəndaş qarşıdurmasının reallaşmasına, Ermənistanla müharibədə Azərbaycanın məğlubiyyətə uğramasına, hakimiyyətin iflasına gətirib çıxarmışdı. Nəticədə 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyi ən ağır böhran və dağılma təhlükəsi ilə üzləşmişdi, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırılmışdı.

Belə bir mürəkkəb vəziyyətdə iflasa uğradığı ilə barışmalı olan iqtidar vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində gördü. Ulu öndər Heydər Əliyev həmin dövrü belə xatırlayırdı: "Vaxtı ilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxartmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. 1993-cü il iyunun 15-də böyük siyasətçi Heydər Əliyev Azərbaycan Ali Sovetinə sədr seçildi. İyunun 23-də bu görkəmli şəxsiyyətə Azərbaycan Ali Soveti tərəfindən respublika prezidentinin səlahiyyətlərini həyata keçirmək həvalə olundu. Həmin il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti dahi şəxsiyyət Heydər Əliyevə səs verərək onu ölkənin rəhbəri seçdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında qısa bir müddət ərzində aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün əlverişli şərait yaradıldı.

Milli Məclis xalqımızın yüz minlərlə nümayəndəsinin müraciətini nəzərə alaraq, 1997-ci ilin iyun ayının 27-də qəbul etdiyi qərarla Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycan xalqının və dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək 15 İyunu Milli Qurtuluş Günü elan etdi.

Heydər Əliyev hakimiyyətə gələndən dərhal sonra ağır vəziyyətdə olan respublikanın qarşısında duran problemlər mərhələ-mərhələ həll olunmağa başladı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edildi. Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən qüvvələr, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq, siyasi sabitlik və dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

İqtisadiyyatda tənəzzülün qarşısı alındı. İnflyasiya dayandırıldı, aqrar sahədə islahatlara başlandı. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə geniş meydan verildi.

Xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kredit verməyə, investisiya qoymağa başladılar. 1994-cü ilin sentyabrında Azərbaycanda yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, Bakıda "Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktı imzalandı.

Müdrik lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, iflasa uğramaqdan, məhv olmaqdan xilas etdi. Düşmənlərimizin planları iflasa uğradı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaranması, müstəqil dövlətin təsisatlarının formalaşması və dövlət quruculuğu prosesi 1995-ci ildə vüsət aldı. Müstəqil respublikamızın ilk Konstitusiyasının qəbul olunması artıq zərurətə dönmüşdü. Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi, referendum yolu ilə qəbul olundu. Konstitusiyanın yüksək məzmunda hazırlanması və qəbulu Prezident Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə bağlı idi.

Tarixdə öz xidmətləri ilə mənsub olduqları xalqların həyatında, müqəddəratında böyük rol oynamış insanlar şərəfli yer tutur, xalqlar onlara böyük ehtiram göstərirlər. Makedoniyada İsgəndər, Çində Sun-Yat-Sen, Hindistanda Mahatma Qandi və Cəvahirləl Nehru, ABŞ-da Corc Vaşinqton və Franklin Delano Ruzvelt, Fransada Napoleon Bonapart və general De Qoll, Almaniyada Otto fon Bismark və Konrad Adenauer, İngiltərədə Uinston Çörçill, türk xalqları içərisində Əmir Teymur, Şah İsmayıl Xətai, Atatürk belə şəxsiyyətlərdir.

Bu dahilər içərisində öz yeri olan Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Kim XX əsrin dahilərindən birini bilmək, öyrənmək istəyirsə, Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti ilə tanış olsun. Azərbaycan dövlətçiliyi məkirli düşmənlərin qanlı caynağından həmişəlik xilas olunmuşdur. Müdrik xalqımız Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər birimiz, qədirbilən xalqımız dahi xilaskar Heydər Əliyevə borcluyuq.

İsgəndər QULİYEV,

BDU-nun dosenti



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM