Alternative content

17:05 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurtuluşun xilas etdiyi şəhər - Şirvan
Qurtuluşun xilas etdiyi şəhər - Şirvan
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:21 15.06.2019


Səsi-sorağı qədim tariximizin o başından gələn Şirvan torpağı. Azərbaycanın ictimai-siyasi həyatında həmişə böyük önəm kəsb etmiş bir məkan. Bu gün azad, xoşbəxt günlərini yaşayan, yüksəlişdə olan sevimli diyar. Onun qoynunda yaşayanlar bugünümüzün yeni nailiyyətlərinə imza atır, xariqələr yaradırlar. Yaşı saya gəlməz Şirvan torpağında minillərdir neçə-neçə ellər, obalar, şəhərlər, qəsəbələr, kəndlər mövcuddur. Onlardan biri respublikamızın inzibati-iqtisadi coğrafiyasına daxil olan və önəmli yer tutan Şirvan (keçmiş Əli Bayramlı) şəhəridir.

Bu şəhər digərləri ilə müqayisədə çox-çox cavandır. Keçən əsrin 30-cu illərində rayon kimi yaradılıb. Sonralar - 1954-cü ildə ona rayon tipli şəhər, 1963-cü ildə respublika tabeliyində olan şəhər statusu verilib. Qısa zaman kəsiyində sürətlə inkişaf etməyə başlayıb. Öncə burada neft, habelə energetika sənayesi təşəkkül tapıb. Sonra zavodlar, idarələr, müəssisələr, tikinti təşkilatları yaradılıb. İnzibati binalar, yaşayış evləri, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət sarayları, sosial obyektlər tikilib.

"Şirvanneft” neft və qazçıxarma idarəsi ölkənin neft sənayesinə sanballı töhfələr verib. Burada çalışan mütəxəssislər sonralar respublikamızın baş idarələrinə, nazirliklərinə rəhbərlik ediblər. 1956-cı ildə istifadəyə verilən istilik elektrik stansiyası Mingəçevir SES-in kiçik qardaşı kimi şöhrət tapıb. Azərbaycanın və eləcə də keçmiş SSRİ-nin müxtəlif regionlarından, şəhərlərindən buraya işləmək üçün çox sayda gənclər gəlib. Əksəri ailə quraraq talelərini bu şəhərlə bağlayıb. İndi onların övladları, nəvələri bu şəhərdə yaşayıb işləyirlər.

İllər keçdikcə Şirvan şəhəri böyüyüb, daha yaraşıqlı və abad olub. Şəhərin kənarından keçən Şirvan kanalının sol sahilində geniş yaşayış massivi salınıb, çoxmərtəbəli binalar inşa edilib. Şəhərin əsas idarə, müəssisə və təşkilatları buraya köçürülüb. Beləliklə, yerli əhalinin sözü ilə desək, "təzə şəhər” yaranıb. Elə o zamandan da neftçilər, energetiklər, gənclər şəhəri kimi şöhrət tapıb. Adına şeirlər qoşulub, nəğmələr bəstələnib.

Tarix ötüb keçsə də, baş verən hadisələri, insan talelərini özündə yaşadır, gələcək nəsillərə ötürür. Bu gün ən yeni tariximizin səhifələrini vərəqlədikcə sevindirici, əlamətdar hadisələrlə yanaşı, keçən əsrin son onilliyi - 90-cı illəri də yada düşür, göz önündən gəlib keçir. O vaxt - müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın hər yerində olduğu kimi, Şirvanda da vəziyyət yaxşı deyildi. Hər şey məcrasından çıxmışdı, xaos, özbaşınalıq, hərc-mərclik baş alıb gedirdi. Nə yaxşı ki, o günlərin ömrü az oldu. Şirvan şəhərinin əhalisi özünə gələrək küləyin haradan əsdiyini, hadisələrin nədən qaynaqlandığı, bütün baş verənləri düzgün qiymətləndirməyi bacardı. Onlar da xalqın əksər hissəsi kimi, yeganə çıxış yolunu zamanın sınağından mərdliklə çıxmış ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördülər.

Tarix göstərir ki, ən çətin vaxtlarda Allahın nəzəri həmişə Azərbaycanın üstündə olmuşdur. Bu dəfə də belə oldu. Xalqın təkidli tələbi ilə 1993-cü il iyun ayının 15-də ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Müharibə edən gənc ölkədə o vaxt vəziyyət hər cəhətdən ağır idi. İqtisadiyyat çökmüşdü, adamların sosial vəziyyəti yaxşı deyildi. Daxildəki separatçı qüvvələr xarici havadarlarına arxalanaraq çirkin niyyətlərindən, ölkəni parçalamaq fikrindən əl çəkmək istəmirdilər. Lakin yanılırdılar. Onlar Heydər Əliyevin uzaqgörən siyasəti, polad iradəsi qarşısında tab gətirə bilməyib məğlub oldular. Bundan sonra hər şey addım-addım öz yoluna düşdü. Cəbhədə atəşkəs əldə olundu, daxildə sabitlik yarandı, "Əsrin müqaviləsi” imzalandı, iqtisadiyyatı dirçəltmək üçün islahatlar həyata keçirildi.

Ötən ayın 10-da anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin sözləridir: "Mən İlham Əliyevə özüm qədər inanıram, mənim görə bilmədiyim işləri o sizinlə birlikdə həyata keçirəcəkdir”. Uzaqgörən siyasətin məntiqi nəticəsi bir daha öz təsdiqini tapdı. 2004-cü il fevral ayının 11-də Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan regionların sosial-iqtisadi inkişafı I Dövlət Proqramı qəbul edildi. Bununla müstəqil Azərbaycanın yeni inkişaf dövrü başladı. Neftdən gələn ilk gəlirlər ən mühüm sahələrə, o cümlədən regionların inkişafına yönəldildi.

Bu iqtisadi-siyasi sənəd qədim Şirvan torpağının ən cavan, yeni şəhərinin də həyatında mühüm rol oynadı. İlk növbədə fəaliyyətini dayandırmış müəssisələrə baxış keçirildi, onların sökülüb-dağıdılmış avadanlıqları çətinliklə olsa da, bərpa edilib işə salındı. Zaman keçdikcə yeni istehsal sahələri yaradıldı. Bunlar iqtisadiyyatın dirçəlməsinə, aylarla işsiz qalan adamların təzədən əmək cəbhəsinə qoşulmasına şərait yaratdı. İnşa olunan obyektlər təkcə sənayeni deyil, bütün sahələri əhatə etdi. Bir-birinin ardınca inşa olunan Müalicə-Diaqnostika Mərkəzi, yağ emalı zavodu, Cənub Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Muğan-Şirvan qrup su kəməri, metaləritmə, karton istehsalı və digər müəssisələr istifadəyə verildi.

Prezident İlham Əliyev Şirvana etdiyi səfərlər çərçivəsində bu obyektlərin çoxunun təməlqoyma və açılış mərasimində iştirak etmişdir. Prezident kimi fəaliyyəti dövründə İlham Əliyev bu şəhərdə 6 dəfə olmuşdur.

Təbiət ötən illərdə Şirvan şəhərinin əhalisini bir neçə dəfə sınağa da çəkmişdir. 2006-cı ildə leysan yağışları zamanı şəhərin kənarındakı Murovdağ istiqamətindən gələn sel şəhər təsərrüfatına ciddi ziyan vurmuş, buradan keçən dəmiryol xəttini dağıtmışdı. Lakin şəhər icra hakimiyyətinin, müvafiq nazirliklərin köməyi ilə qısa vaxt ərzində vəziyyət normallaşdı. 2010-cu ilin yazında isə Kür çayı öz məcrasından çıxaraq sahil boyu yaşayış sahələrini su altında qoydu. Həmin vaxt, yəni 2010-cu ilin may ayında ölkə rəhbəri Şirvana gələrək əlaqədar mərkəzi və yerli icra orqanları ilə birlikdə şəhərdə operativ müşavirə keçirdi, tədbirlər müəyyənləşdirdi. Nəticədə qüvvələr səfərbərliyə alındı, yaranan gərginlik tezliklə aradan qaldırıldı.

Bu gün də şirvanlılar doğma şəhərlərinin keçmiş şöhrətini qaytarmaq əzmilə yorulmaq bilmədən çalışırlar. Nəticə göz qabağındadır. Ucaldılan hər bir bina, salınan hər bir park, xiyaban, yaradılan səliqə-sahman şəhərin hüsnünə xüsusi gözəllik verir.

Şirvanlılar ulu öndərin xatirəsini də həmişə əziz tuturlar. Şəhərin mərkəzində xalqımızın böyük oğlunun adını daşıyan yaraşıqlı park var. Burada Heydər Əliyevin möhtəşəm heykəli ucalır. Heydər Əliyev Mərkəzi də bu ərazidə yerləşir. Onun ətrafındakı fəvvarələr insan ruhuna dinclik, rahatlıq gətirir, nikbinlik bəxş edir. Parkda həmişə qələbəlik olur. Həqiqətən, bu gün Şirvanda yaşamaq və işləmək xoşdur. Şəhərdəki regional idarələrdə çalışanlar yaradılan şəraitdən məmnundurlar.

Digər ərazilərdə salınan parklar da şəhərin simasına və sakinlərin əhvalına xoş ovqat qatır. Bakı istiqamətindən şəhərə daxil olarkən hündür təpə üstündə yaradılan Bayraq meydanı da belə məkanlardandır. Əsaslı şəkildə yenidən qurulan köhnə şəhər ərazisindəki Mədəniyyət evi və Neftçilərin Mədəniyyət sarayı sakinlərin istifadəsindədir.

Bir məsələni də qeyd etmək yerinə düşərdi: burada nə tikilib qurulursa, şəhərin perspektivi, gələcəyi nəzərə alınmaqla edilir. Özü də zövqlə, səliqə-sahmanla. Elə buna görə tikilənlər bir-birini tamamlayır, şəhərin gözəlliyinə, görünüşünə yeni çalar qatır, sakinləri məmnun edir. Bu baxımdan məhəllələrdə salınan istirahət yerlərinin, mərasim evlərinin xüsusi əhəmiyyəti var. Onların əksəriyyətndə uşaqlar üçün əyləncə qurğularının quraşdırılması da unudulmamışdır.

Şəhərdə yaşıllıqların salınması daim diqqət mərkəzindədir. Aran şəraitində hər bir ağacın nə demək olduğunu hər kəs yaxşı bilir. Bu gün Şirvan şəhərinə şimal, cənub, qərb istiqamətlərindən daxil olarkən cərgə ilə əkilmiş növbənöv dekorativ bitkilərə, xüsusilə şam ağaclarına rast gəlmək olur. Dəmir torla çəpərə alınmış həmin yaşıllıq zolaqları ayrı bir diqqət və qayğı ilə əhatə edilib. Şəhərin Heydər Əliyev prospekti, Naxçıvan küçəsi yaşıl tuneli xatırladır. Ağacların əkilib becərilməsinə belə münasibəti görəndə adamın ürəyində bir arzu baş qaldırır: "Kaş başqa yerlərdə də daş hasarların yerinə belə ağaclar əkiləydi”.

Keçən əsrin ortalarında köhnə şəhər çərçivəsindən çıxan Şirvan bu gün sürətli inkişaf yolundadır. Şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. Təkcə keçən il şəhərdəki 72 binanın dam örtüyü təzələnmişdir. 5 saylı Ərazi Vergilər İdarəsi, habelə YAP Şirvan Şəhər Təşkilatı üçün inşa edilən yeni binalarda, "Kənd evləri” yaşayış massivində, 5 saylı tam orta məktəb üçün tikilən obyektdə son tamamlama işləri görülür.

"Retro Holdinq” MMC tərəfindən inşa edilən yeni kərpic zavodunda tikinti işləri başa çatmışdır. Cari ilin fevral ayında isə "Retro Holdinq” MMC-nin nəzdində "Armatur” zavodunun təməlqoyma mərasimi olmuşdur. Hazırda zavodun inşasında 70 nəfər çalışır. Zavod istifadəyə verildikdə burada 400 nəfər üçün iş yeri yaranacaq.

2010-cu ildə Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində fərdi evlərə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən 7 fərdi evin tikintisi yekunlaşmışdır. Əlavə olaraq 4 fərdi evin tikintisinə başlanılmışdır. Şirvan bələdiyyəsi tərəfindən şəhərin küçələrində abadlıq işləri aparılır, yaşayış binalarının qarşısında mərasim yerləri tikilir.

Bunlardan əlavə, cari ilin əvvəlində Dövlətqaçqınkom tərəfindən dədə-baba yurdlarından didərgin düşən soydaşlarımız üçün binaların tikintisinə başlanılmışdır. Salınan yeni yaşayış massivini şəhər içində şəhər də adlandırmaq olar. Şəhərcikdə 13 doqquzmərtəbəli yaşayış binası, 540 şagirdlik üçmərtəbəli tam orta məktəb, 140 yerlik uşaq bağçası, EATS binaları, klub, icma mərkəzi, inzibati bina, tibb məntəqəsi, hər biri 500 kubmetrlik 4 su anbarı, istilik sistemi üçün qazanxana, müxtəlif güclü 3 elektrik yarımstansiya, idman meydançaları, parklar olacaq. Hazırda işlər, demək olar ki, yekunlaşır. Əraziyə yol çəkilir, küçələr asfaltlaşdırılır, işıqlandırma sistemi quraşdırılır. Eyni zamanda 3 kilometr məsafədən buraya təbii qaz, içməli su və kanalizasiya xətləri çəkilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi 74 min 208 kvadratmetrdir. İnşaatçılar işləri iyul ayının sonunadək başa çatdırmağı planlaşdırıblar.

Gənclik şəhəri Şirvanda sənayenin digər sahələri də uğurla inkişaf edir. Yaranan yeni sahələr hesabına çoxlu sayda iş yerləri yaranır, məhsul istehsalı artır. Bu da, öz növbəsində, şəhər büdcəsinin dotasiyasız formalaşması, sakinlərin gəlirlərinin artması ilə nəticələnir.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM