15 Iyun 2019 01:21
1236
İQTİSADİYYAT
A- A+

“AzerTelecom” şirkətinin rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda “Digital HUB” proqramı və rəqəmsallaşmadan danışıb


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda "AzerTelecom” şirkətinin icra etdiyi "Azerbaijan Digital Hub” proqramı, bu proqramın ölkənin İKT sektorunun dayanıqlı inkişafı, rəqəmsallaşma üçün yaradacağı imkanlar, eləcə də müasir şəraitdə rəqəmsal transformasiya prosesləri barəsində danışıb.

Forum çərçivəsində təşkil olunmuş, İKT, nəqliyyat və logistika mövzularına həsr olunmuş "Əlaqələndiricilik” (Connectivity) panelində məruzəçi qismində çıxış edən Fuad Allahverdiyev "AzerTelecom” şirkətinin artıq 10 ildən çoxdur ki, ölkənin İKT sektorunda fəaliyyət göstərdiyini, hazırda şirkətin Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün "Digital HUB” proqramını icra etdiyini qeyd edib. O bildirib ki, "Digital HUB” proqramı ölkədə İKT sahəsində dayanıqlı infrastruktur quruculuğuna, telekommunikasiya sektorunun inkişafına, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına, əlaqələndiricilik istiqamətində layihələrin icrasına və nəticədə ölkəmizin Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənib.

Fuad Allahverdiyev proqram çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə fiberoptik kabelin çəkilməsi üzrə Transxəzər magistralı layihəsinin icra edildiyini, bunun üçün iki dövlət arasında müvafiq dövlətlərarası sazişin imzalandığını qeyd edib. O, "Digital HUB” proqramının ölkənin İKT sektoru ilə yanaşı, qeyri-neft sektorunun digər sahələrinin də inkişafına mühüm töhfə verəcəyini, Avropa və Amerika kontentinin bura gətirilməsinə və Asiyaya daşınmasına şərait yaradacağını, yeni iş yerlərinin formalaşmasına, qlobal İKT şirkətlərinin Azərbaycana cəlb edilməsinə, innovasiyaların tətbiqi üçün mühüm təməl olacağını qeyd edib.

Xatırladaq ki, iyunun 13-də keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

"AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell” şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. "AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin milli İT və milli innovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, startapların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video