Alternative content

16:23 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 5 ayda 15 faiz artım
5 ayda 15 faiz artım
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:20 15.06.2019


Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında ölkə üzrə 19,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artmışdır.

Sənaye məhsullarının 69,9 faizi mədənçıxarma, 25,1 faizi emal, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalmış, əmtəəlik qaz hasilatı 40,4 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,8, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9, içkilərin istehsalı 59,8, toxuculuq sənayesi məhsullarının istehsalı 47,4, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7, mebel istehsalı 45,8, rezin və plastik kütlə məmulatlarının, kağız və karton istehsalının hər biri 32,8, kimya sənayesi məhsullarının istehsalı 30,4, hazır metal məmulatlarının istehsalı 21,1, qida məhsullarının istehsalı 20,5, poliqrafiya məhsullarının istehsalı 19,5, əczaçılıq məhsullarının istehsalı 16,8, maşın və avadanlıqların istehsalı 15,8, tütün məmulatlarının istehsalı 14,9, tikinti materiallarının istehsalı 5 faiz artmış, geyim istehsalı 0,1, digər nəqliyyat vasitələrinin istehsalı 1,8, elektrik avadanlıqlarının istehsalı 7,9, kompüter, elektron və optik məhsulların istehsalı 8,8, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4, dəri və dəri məmulatlarının, ayaqqabı istehsalı 27,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isə istehsalın həcmi 0,4, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8 faiz artmışdır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM