Alternative content

16:27 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri UNESKO-nun Baş direktorunun müavini ilə görüşüb
Təhsil naziri UNESKO-nun Baş direktorunun müavini ilə görüşüb
ANA SƏHİFƏ / Təhsil
22:44 14.06.2019
Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfəri çərçivəsində UNESKO-nun Baş direktorunun təbiət elmləri üzrə yeni təyin olunmuş müavini Şamila Nair-Beduel ilə görüşüb.

AZƏRTAC-xəbər verir ki, görüşdə Ceyhun Bayramov Şamila Nair-Bedueli yeni təyinatı münasibətilə təbrik edərək, məsuliyyətli işində uğurlar arzulayıb.

Sonra elmin müasir dünyadakı vacib rolundan söz açılaraq, uşaqları elmə cəlb etməyin yollarından, Azərbaycanda həyata keçirilən bir sıra layihələrdən, respublika olimpiadalarından və digər intellektual yarışlardan danışılıb.

Ş.Nair-Beduel nüvə tədqiqatları sahəsində elm fakültələrinin dekanları üçün təşkil olunan seminarlar barədə məlumat verib. Belə layihələrin bilikləri paylaşmaq və qadın alimləri təşviq etmək üçün yaxşı vasitə olduğunu vurğulayıb. O, iyulun 16-17-də Parisdə elm konfransının keçiriləcəyini diqqətə çatdıraraq, bu tədbirin inkişaf edən tendensiyaları müzakirə etmək, elm dialoqu yaratmaq, elmin rolunu dərk etmək, mühüm nəticələr əldə etmək və bu sahədə informasiya boşluğunu aradan qaldırmaq üçün önəmli platforma olacağını bildirib.

Tərəflər UNESKO-nun dəstəyi ilə təsis olunması nəzərdə tutulan elm və texnologiya üzrə muzey layihəsi barədə müzakirə aparıblar. Müzakirələrin davamı olaraq nümayəndə heyəti Parisdə fəaliyyət göstərən və Avropanın ən böyük elm muzeyi olan "Elm və sənaye şəhərciyi”nə baş çəkib.

Təhsil naziri Ceyhun Bayramov Ş.Nair-Bedueli ölkəmizə dəvət edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM