14 Iyun 2019 22:32
2171
PARLAMENT
A- A+

Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır


İyunun 14-də Milli Məclisin Sədri Oqtay Əsədov "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilmiş qadın parlamentarilərin beynəlxalq konfransının iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, O.Əsədov TÜRKPA çərçivəsində keçirilən konfransın əhəmiyyətini yüksək dəyərləndirib. Bildirilib ki, təşkilata üzv dövlətlərin qadın parlamentarilərinin bir araya gəlmələri, onları düşündürən məsələləri birlikdə müzakirə etmələri təqdirəlayiqdir. Belə tədbirlər müasir dövrün çağırışlarını öyrənmək, ümumi məqsədlərə çatmaq üçün yolların müəyyənləşdirilməsi baxımından önəmlidir. Konfransda müzakirə olunan məsələlər bu gün təkcə türk dünyasını deyil, bütün dünya ictimaiyyətini düşündürür.

Oqtay Əsədov türk dövlətlərinin müştərək tarixə malik olduqlarını diqqətə çatdıraraq, onların milli-mənəvi dəyərlər zəminində birləşərək qarşıya qoyulan hədəflərə çatmaq iqtidarında olduğunu söyləyib. Bildirilib ki, ümumi məqsədlərin reallaşmasında TÜRKPA-ya üzv ölkələrin qadın parlamentariləri öz layiqli töhfələrini verə bilərlər. Bu, xalqlarımızın gələcək dayanıqlı inkişafı və firavanlığı baxımından əhəmiyyətlidir. TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır.

Görüşdə çıxış edən konfrans iştirakçıları Milli Məclisin rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün türk cəmiyyətlərində qadınlar həyatın bütün sahələrində fəal iştirak edirlər. Qadına, ailəyə yüksək dəyər verilməsi tarixən türk xalqlarının ən ümdə keyfiyyətlərindən biri kimi dəyərləndirilir. Gender bərabərliyi sahəsində ümumi platformanın yaranması baxımından Bakıda keçirilmiş konfrans çox əhəmiyyətli oldu. Qonaqlar gələcəkdə bu cür tədbirlərin davamlı olacağına inamlarını ifadə ediblər.

Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin qadın deputatları, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, konfransa təşrif buyurmuş nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video