14 Iyun 2019 19:36
1116
SİYASƏT
A- A+

Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır


Beynəlxalq münasibətlər sistemində müəyyən gərginliklər müşahidə edilir. XXI əsrin ikinci onilliyini başa vurmaq ərəfəsində olduğumuz halda hazırda dünyada müxtəlif xoşagəlməz proseslərin getdiyini görürük.

Bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Düşənbədə keçirilən beşinci Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib.

"Dünyada gedən xoşagəlməz proseslərin, baş verən müxtəlif siyasi hadisələrin fonunda bu cür tədbirlərin keçirilməsi olduqca önəmlidir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə də bu sahədə çox əhəmiyyətli bir platformadır. Düşənbədə keçirilən Zirvə toplantısına dünyanın 27 ölkəsinin dövlət və hökumət başçıları, nümayəndə heyətləri qatılıblar. Əlbəttə ki, bu toplantıda dünyada, o cümlədən Asiyada gedən proseslər ətraflı müzakirə olunacaq, regionda sabitliyin, təhlükəsizliyin təmini üçün atılmalı addımlar müəyyənləşdiriləcək”, - deyə Baş Nazir vurğulayıb.

Novruz Məmmədov qeyd edib ki, bu gün dünya əhalisinin üçdəikisinin, təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, bu tədbirin planetimizin gələcək təhlükəsizliyinin təmin olunması, qlobal sülhün bərqərar edilməsi, qarşılıqlı etimadın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Baş Nazir deyib: "Əlbəttə ki, bu Zirvə toplantısında Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərimi bildirəcəyəm. Ümumiyyətlə, dünyada mövcud olan gərginliyi yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yolları müəyyənləşdirməlidir. Çünki məhz bunlar dünyamızı hazırkı vəziyyətə gətirib. Həmçinin müəyyən geosiyasi iddialar var ki, onlardan da əl çəkmək lazımdır. Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə əməl olunmalıdır. Belə olan halda dünyamızda sülh, sabitlik bərqərar olar. Hesab edirəm ki, bu Zirvə toplantısında mənimlə bərabər, digər çıxışlarda da bu məsələlərə toxunulacaq. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin adından da göründüyü kimi, bu platformanın məqsədi də dövlətlər arasında etimadın, inamın bərqərar olunmasıdır”.

Azərbaycanın Ermənistanın ölkəmizə əsassız iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bildirən Baş Nazir deyib ki, BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər mötəbər beynəlxalq qurumların münaqişə ilə bağlı ədalətli qərar və qətnamələrinə əməl edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video