14 Iyun 2019 19:22
687
SİYASƏT
A- A+

Azərbaycan XİN Fransanın Qrenobl inzibati məhkəməsinin qərarını alqışlayır


Xarici İşlər Nazirliyi Fransanın Qrenobl inzibati məhkəməsinin Drom departamenti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma separatçı rejim arasında və bu ölkənin Bur le Valans, Valans, Burq dö Peaj kommunaları ilə Azərbaycanın işğal olunmuş Şuşa, Xankəndi və Xocavənd şəhərlərində qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət” orqanları arasında imzalanmış qeyri-qanuni "sazişlər”in ləğv olunmasına dair cari ilin 6 iyun tarixli qərarını alqışlayır.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qərarında olduğu kimi, Qrenobl inzibati məhkəməsinin də qəbul etdiyi bu qərar ölkənin yerli özünüidarəetmə orqanlarının Fransa qanunvericiliyi və beynəlxalq öhdəliklərinə zidd olaraq Azərbaycanın işğal edilmiş əraziləri ilə imzaladığı qanunsuz sənədləri ləğv edir. Bu qərarlar qanunun aliliyi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin vacibliyinin növbəti təzahürüdür. Hər hansı qanunsuz fəaliyyət, o cümlədən qeyri-qanuni rejimlərin təşviqi məğlubiyyətə məhkumdur. Səylərimizin münaqişənin beynəlxalq hüquq müstəvisində və beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq həllinə yönəldilməsi regiona davamlı sülh, inkişaf və hər kəsə qələbə gətirə bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video