14 Iyun 2019 17:39
857
DÜNYA
A- A+

Boris Conson mühafizəkarların lideri olmağa yaxındır


Böyük Britaniya parlamentinin İcmalar Palatasında Mühafizəkarlar Partiyasının liderini müəyyənləşdirmək üçün keçirilmiş səsvermənin birinci raundunda sabiq xarici işlər naziri Boris Conson qalib gəlmişdir. Parlamentin aşağı palatasında səsvermədə iştirak etmiş 313 deputatından 114-ü Consona səs vermişdir. İkinci yeri 43 səslə Böyük Britaniyanın hazırkı xarici işlər naziri Ceremi Hant tutmuşdur. Ekologiya naziri Maykl Qouv 37 səs, Brexit işləri üzrə sabiq nazir Dominik Raab 27 səs, daxili işlər naziri Sacid Cavid 23 səs, səhiyyə naziri Mett Henkok 20 səs, beynəlxalq inkişaf naziri Rori Stüart 19 səs toplamışlar.

İlk turda ən azı 17 səs almamış üç namizəd kənarda qalmışdır. İkinci raund iyunun 17-nə təyin edilmişdir. İki namizəd qalmayanadək səsvermə raundları davam edəcək. Sonuncu iki namizəd partiyanın sıravi 125 min üzvünün poçt vasitəsilə keçiriləcək səsvermədə mübarizə aparacaq.

Partiyanın yeni lideri və ölkənin Baş naziri iyulun 23-də elan olunacaq.

Seçkilərin getdiyi müddətdə hazırkı Baş nazir Tereza Mey hökumətin başçısı səlahiyyətlərini icra edəcək. Meyin Brexitlə bağlı layihəsi parlament tərəfindən üç dəfə rədd edildikdən sonra o, müxalifətin təzyiqinə tab gətirməyərək istefaya getmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video