Alternative content

16:25 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
17:15 14.06.2019

İyunun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib.
Əvvəlcə "Lombardlar haqqında” qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb və lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətləri tənzimləyir.

Sonra "Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, dəyişikliklər nəticəsində BOKT-lərdəki inzibatçıların daha ixtisaslı kadrlarla əvəz olunması, zərurət yarandığı təqdirdə nəzarət orqanının çevik və effektiv təsir imkanlarından istifadə edilməsi, sistemin sağlamlaşdırılması, tələblərə cavab verməyən BOKT-lərin kənarlaşdırılması, istehlakçıların hüquqlarının qorunması və digər sahələrdə inkişaf üçün hüquqi əsas formalaşacaq.

Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Ziyad Səmədzadə deyib ki, həmin məcəllənin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Eləcə də məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilib.

Qanun layihəsinə əsasən ƏDV-dən azadolma qeyd edilən qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-nin tətbiqindən azad ediləcək. Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikasının, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatının yaxşılaşdırılmasına və mövcud texnikaların saz vəziyyətdə saxlanmasına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM