14 Iyun 2019 17:03
1236
Təhsil
A- A+

Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb


Təhsil naziri Ceyhun Bayramov iyunun 14-də "st. Sumqayıt” yaşayış massivində yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Xal kənd tam orta məktəbdə keçirilən "Son zəng” tədbirinə qatılıb. Bu il 28 məzun bu məktəbi bitirib. Ümumilikdə isə Qubadlı rayonunda 32 tam orta məktəb üzrə 447 məzun var.

AZƏRTAC xəbər verir ki, bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov müstəqil həyata qədəm qoyan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.

"11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hərtərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynləriniz üçün gözəl övladlar, müəllimləriniz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız”, - deyə nazir XI sinfi uğurla başa vuran şagirdlərə yeni-yeni nailiyyətlər arzulayıb.

Təbriklərə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Aşağı Mollu kənd məktəbin məzunu, Prezident təqaüdçüsü, Bakı Ali Neft Məktəbinin tələbəsi Nihad Abbasov, qocaman müəllim Malik Atakişiyev də qoşulublar.

Sonra məzunların həsrətlə gözlədiyi "Son zəng” səslənib. On birincilər biliyin rəmzi açarını 10-cu sinif şagirdlərinə təhvil veriblər.

Məktəblilərin rəngarəng, bir-birindən maraqlı musiqili-bədii çıxışları ilə davam edən bayram tədbiri məzunlara xoş və duyğulu anlar yaşadıb.

Sonda Təhsil naziri Ceyhun Bayramov Mirağa Əliyev adına Xal kənd tam orta məktəbin, Dəmirçilər kənd tam orta məktəbin və Qubadlı şəhər 4 saylı tam orta məktəbin məzunları ilə görüşüb, onlarla söhbət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video