Alternative content

12:03 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məmməd Musayev: Azərbaycan iqtisadiyyatının qurtuluşu Ulu Öndərin adı ilə bağlıdır
Məmməd Musayev: Azərbaycan iqtisadiyyatının qurtuluşu Ulu Öndərin adı ilə bağlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:45 14.06.2019
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamının müəllifi ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu, onun siyasi və iqtisadi müstəqilliyinin qarantı olan yeni iqtisadi modelin banisidir.

Bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev AZƏRTAC-a açıqlamasında bildirib.

M.Musayev qeyd edib ki, Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə, iqtisadi sabitliyin təmin edilməsi, 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya nəticəsində sarsılmış iqtisadiyyatı ayağa qaldırmaq böyük səy, iradə tələb edirdi. Mükəmməl idarəetmə bacarıqları, uzaqgörən siyasi kursu ilə yalnız Heydər Əliyev bu missiyanı uğurla icra edə bilərdi.

Ulu Öndərin gərgin əməyinin nəticəsində dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə "Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi, çoxlarına əfsanə kimi görünən Bakı-Tiflis-Ceyhan neft layihəsinin reallığa çevrilməsi həm də Azərbaycanın müstəqilliyinin rəmzi rolunda çıxış etdi.

Ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində Heydər Əliyev radikal addımlar atdı və xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlandı. Nəticədə bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin tətbiq edilməsinə imkan yaratdı.

Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq halında hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn islahatlar uğurla həyata keçirildi.

Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması, xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

ASK-nın prezidenti xatırladıb ki, ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətlərə çevrildi. Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildən başlayaraq onun artımına nail olundu. Ölkənin sosial-iqtisadi inkişafında müsbət meyillərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında az bir zamanda qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.

M.Musayev sahibkarlığın inkişafı ilə bağlı göstəricilərə diqqət çəkib: "Əgər müstəqilliyimizin ilk illərində Azərbaycanda sahibkarlığın payı hətta 1 faizdən az idisə, sahibkarlıq formal xarakter daşıyırdısa, məhz ulu öndər Heydər Əliyev müdrikliyinin və iqtisadi siyasətinin nəticəsində Azərbaycanda iş adamları böyük bir sinfə çevrildilər. 2002-ci il, aprelin 25-də Ümummilli Lider Azərbaycanda işləyən sahibkarları qəbul etdi, açıq bir görüş oldu, mən də o tarixi günün canlı şahidi olmuşam. Hər kəs sərbəst şəkildə öz problemlərini dilə gətirdi, hətta kiməsə söz verməyə vaxt çatmayanda tapşırıq vermişdi, problemi qeyd edib orada yerləşdirilən qutuya ata bilərdi. Dedi ki, hər kəs - kimin nə sözü varsa yazsın, heç adını göstərməsin ki, birdən sonra nazirlər problem yarada bilər. Daha sonra məktublar ümumiləşdirildi və hamıya cavab verildi. Mən deyərdim ki, 2002-ci il, aprelin 25-də sahibkarlarla, özəl sektorla dialoq baş tutdu. Bundan sonra xarici sahibkarlarla görüş keçirildi və ölkəmizdə sahibkarlığın inkişafı üçün islahatlar aparıldı. Azərbaycan Sahibkarlar Konfederasiyasının təklifi və Prezident İlham Əliyevin Sərəncamı ilə artıq 3 ildir ki, aprelin 25-i sahibkarlar günü kimi qeyd edilir”.

Konfederasiya rəhbəri bildirib ki, ölkəmizdə 2019-cu il aprelin 1-nə qeydiyyatdan keçən 996 min 296 sahibkarlıq subyektlərinin yarısı aktiv fəaliyyətlə məşğuldur. Onlardan 133 min 541-i hüquqi şəxslər və 862 min 755-i isə fərdi sahibkarlıq subyektləridir.

Hazırda sahibkarlığa ciddi dövlət qayğısı olduğunu vurğulayan M.Musayev bu diqqətə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirərək, bu günə qədər həyata keçirilən islahatlar, görülən tədbirlərin dövlət və biznes arasında münasibətlərin təkmilləşdirilməsinə, ölkənin biznes və investisiya mühitinin yaxşılaşdırılmasına böyük töhfələr verdiyini qeyd edib.

"Bu kompleks tədbirlər sahibkarlıqla məşğul olmaq istəyən insanları daha da həvəsləndirib və özəl sektorun canlanmasına gətirib çıxarıb. Artıq ümumdaxili məhsulda özəl sektorun payı 85 faiz, məşğulluqda isə 76 faiz təşkil edir, yəni bu rəqəm onu göstərir ki, bu günə qədər həyata keçirilən tədbirlər nəticədə özəl sektorun güclənməsinə və iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməsinə səbəb olub”, - deyə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti vurğulayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM