14 Iyun 2019 14:24
692
CƏMİYYƏT
A- A+

Əhalinin maliyyə savadlılığının artırılması ilə bağlı Quba rayonunda sakinlərlə görüş keçirilib


Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Respublikasının Mərkəzi Bankı və Almaniyanın Əmanətlər Bankı əhalinin maliyyə savadlılığının artırılması istiqamətində Quba rayonunda sakinlərlə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə vətəndaşlara əmanətlər, kredit və zaminlik məsələləri, pul siyasəti, valyuta məzənnəsi, inflyasiya, elektron bankçılıq və digər mövzularda təqdimatlar edilib. Həmçinin RİİB və Almaniyanın Əmanətlər Bankının birgə icra etdiyi "Əhalinin maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində həyata keçirilən "Yığım oyunu” təlimləri, eləcə də Mərkəzi Bank tərəfindən yaradılan "Maliyyə savadlılığı portalı”(https://bizimpullar.az/) haqqında məlumat verilib. Bildirilib ki, portalın yaradılmasında məqsəd ölkədə maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, maliyyə davranışlarının rassionallaşdırılması, iqtisadi subyektlərdə maliyyə bacarığının formalaşdırılması, eyni zamanda, əhalinin maliyyə rifahının yaxşılaşdırılmasına dəstək göstərməkdir.

Görüşdə ailə büdcəsinin düzgün idarə olunması, ehtiyat fondların yaradılması, gözlənilməz xərclərə hazırlıq və digər mövzularda əhalinin maarifləndirilməsinə xidmət edən "Yığım oyunu” təlimlərinin əhəmiyyəti qeyd olunub. Bu günədək həmin təlimlərə müxtəlif əhali qruplarından 600-dən çox insanın cəlb olunduğu, layihə müddətində respublikanın bütün regionlarından ümumilikdə 7000-dən çox vətəndaşın iştirakının təmin olunacağı bildirilib.

Mütəxəssislər daha sonra əhalinin gündəlik həyatda qarşılaşdıqları maliyyə problemləri ilə bağlı sualları cavablandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video