Alternative content

11:59 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib
Milli Qurtuluş günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:23 14.06.2019

Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının nəticəsi kimi, 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 50 "Xəzər” markalı minik avtomobili təqdim edilib.

AZƏRTAC xəbər verir ki, avtomobillə təmin edilən müharibə əlilləri Milli Qurtuluş Günü ərəfəsində onlara bayram hədiyyəsi kimi minik avtomobilləri təqdim olunmasına görə sevinc hissi keçirdiklərini deyiblər. Qarabağ müharibəsi əlilləri onlara göstərilən münasibətə, ümumilikdə əlilliyi olan insanların bütün sahələrdə qayğı ilə əhatə olunmaları üçün aparılan işlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Avtomobillərin təqdim edilməsi tədbirində nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev iştirakçıları 15 İyun - Milli Qurtuluş günü münasibətilə təbrik edib. O, 1993-cü il iyunun 15-də görkəmli siyasətçi Heydər Əliyevin xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıdışı Milli Qurtuluş günü kimi müasir tariximizin şərəfli səhifəsinə çevrildiyini söyləyib. Dahi şəxsiyyətin qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyi bütün təhlükələrdən xilas olaraq ildən-ilə güclənib, ölkəmiz uzunmüddətli inkişaf yoluna səfərbər olub. Eyni zamanda, həssas qrupların, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı proqramlarının həyata keçilməsinə başlanılıb.

Qeyd olunub ki, Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf yolu keçib. Həmçinin Ulu Öndərin əsasını qoyduğu bütün sosial müdafiə tədbirləri kimi, müharibə əlillərinin minik avtomobilləri ilə təminat proqramı da uğurla davam etdirilir. 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Bu il isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənilir. Bu ilin ötən dövründə onlardan artıq 150 nəfərinə minik avtomobili verilib. Bununla da indiyədək ümumilikdə 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib.

Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan üç dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil təqdim edildiyini, bu il həmin kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini bildirib.

Tədbirdə çıxış edən ictimai təşkilatların rəhbərləri şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin getdikcə gücləndirilməsindən razı qaldıqlarını söyləyiblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM