Alternative content

18:38 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
ANA SƏHİFƏ / SİYASƏT
14:17 14.06.2019

İyunun 14-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, qanuna bir sıra redaktə xarakterli dəyişikliklər, həmçinin sənədin 66-cı maddəsinə "5.53 nişanı svetoforla nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur" məzmunlu yeddinci hissə əlavə olunur.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, Bakı şəhərində 74 yol torlama nişanı çəkilib. O, həmçinin diqqətə çatdırıb ki, yaxın zamanlarda Bakıya 300 yeni böyük avtobus gətiriləcək. Bu, yol infrastrukturunun genişləndirilməsinə yönəlib.

Qeyd olunub ki, ölkəmizdə parklanma ilə bağlı tədbirlər həyata keçirilir. BNA, həmçinin ödənişsiz parkinqlərin qurulması istiqamətində çalışır.

Komitə üzvləri Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Elşən Musayev, Sabir Hacıyev və Tahir Kərimli qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM