Alternative content

15:25 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlətçiliyimizi şərəfləndirən tarix
Dövlətçiliyimizi şərəfləndirən tarix
ANA SƏHİFƏ / SİYASƏT
13:25 14.06.2019
Azərbaycan xalqı çox dahilər yetişdirib. Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin misilsiz xidmətləri bizim qürur istinadgahımızdır. Onların xidmətləri həmişə, hər yerdə yüksək qiymətləndirilir. Milli dühalarımızın içərisində ümummilli lider səviyyəsinə yüksələn Heydər Əliyev isə müasir Azərbaycan tarixinin ən görkəmli siması və dahi şəxsiyyətidir. Onun siyasi obrazı xalqımızın dövlətçilik şüurunun və ictimai-siyasi fikrinin gözəl keyfiyyətlərinin mənzərəsidir.

Təsadüfi deyil ki, məhz Heydər Əliyevin həyat yoluna nəzər saldıqda Azərbaycanın dünəni, bugünü, sabahı barədə fikir yürütmək olur. Bu dahi insan hələ sovet rejimində Azərbaycanın və xalqımızın maraqları naminə mümkün olan bütün işləri görə bilmişdi. Və o illərdə Azərbaycan ittifaq tərkibində qısa zamanda müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən elə bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, Azərbaycanın tamamilə yeni tarixinin əsasının qoyulması labüd idi. Reallıq da göstərir ki, sovet dönəmində Heydər Əliyevin təşəbbüsləri ilə görülən işlər Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra nə qədər böyük əhəmiyyət kəsb etdi.

Sovet illərində olduğu kimi, müstəqillik dövründə də Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. 1993-cü ildə Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi qarşısında qalanda, qardaş qanı axıdılanda xalq ona müraciət etdi. Müstəqilliyimizin son dərəcə kövrək olduğu həmin dövrlərə nəzər saldıqda yaddaşımız yenidən təzələnir. Bir tərəfdən ölkədə cərəyan edən hakimiyyət çəkişmələri və bunun nəticəsi olaraq separatizm dalğasının genişlənməsi, cinayətkarlığın baş alıb getməsi, anarxiya, digər tərəfdən Ermənistanın hərbi təcavüzü az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə gətirib çıxaracaqdı. Hakimiyyətdə olduqları qısa müddət ərzində nəinki heç bir problemi həll etməyən, üstəlik, əziyyətini xalqımızın uzun müddət çəkəcəyi ağır fəsadlar törədən AXC-Müsavat liderləri 1993-cü ilin yayı ərəfəsində tamamilə nüfuzdan düşmüş və xalqın böyük əksəriyyəti onlardan üz döndərmişdi.

Bütün bunlara baxmayaraq, AXC-Müsavat liderləri ölkədə dərinləşən böhrandan heç vaxt nəticə çıxara bilmədilər. Hətta Heydər Əliyevin xalq arasında olan nüfuzunu qısqanclıqla qarşıladıqlarından onu Naxçıvan Ali Məclisi rəhbəri vəzifəsindən uzaqlaşdırmaq barədə düşünürdülər. Baxmayaraq ki, böyük siyasətçi çətin məqamlarda iqtidara kömək əlini uzatmışdı. Nəhayət, Gəncə hadisələrindən sonra dərinləşən hakimiyyət böhranı zamanı iqtidar nümayəndələri Heydər Əliyevin böyüklüyünü etiraf edərək vəziyyətdən çıxış yolunu ona üz tutmaqda gördülər.

Heydər Əliyev Bakıya vətəndaşların ona ünvanladıqları müraciətləri nəzərə alıb gəldi. Çünki yaranmış vəziyyətdən çıxış arayan insanlar nicat yolunu yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdülər. Ölkədəki dərin böhrana yalnız ulu öndər son qoya bilərdi. Azərbaycan xalqı yalnız Heydər Əliyevə inanır və güvənirdi. Proseslərin sonrakı gedişatı xalqın nə qədər haqlı olduğunu və Heydər Əliyevə müraciət etməklə müdrik və tarixi qərar qəbul etdiyini göstərdi. Sonralar Heydər Əliyev bu barədə deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

O dövrün əsas problemlərinə diqqət yetirək: Gəncədə qiyam başlamışdı. Vətən xaini Ə.Hümbətov hərbi hissəni cəbhədən geri çəkərək Lənkərana aparmışdı. Bir tərəfdən də sadvalçılar fəallaşaraq siyasi tələblər irəli sürürdülər. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından açıq qalmış, erməni işğalçıları üçün əlverişli şərait yaranmışdı. Müasir dövrdə bu acı taleni yaşayan başqa bir sivil dövlət göstərmək qeyri-mümkündür. Ən əsası da odur ki, ölkəni düşdüyü belə böhranlı vəziyyətdən hər siyasətçi xilas edə bilmir. Yalnız Heydər Əliyev kimi dahilər belə vəziyyətlərdə öz xilaskarlıq missiyalarını layiqincə yerinə yetirə bilirlər.

Dövlətçiliyimizin taleyinin həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Heydər Əliyevin müdrikliyi elə ilk anlardan özünü göstərdi. Belə ki, məhz onun Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasının, qardaş qırğınının genişlənməsinin qarşısını aldı.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. Çünki bununla Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən və parçalanmaqdan qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.

Azərbaycan dövlətçiliyi sonrakı illərdə də ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, sabaha inamını özünə qaytardı. Ölkəmiz xaosdan xilas oldu, sabitlik və əmin-amanlıq yarandı, tənəzzülə son qoyuldu, hər bir sahədə inkişaf meyilləri görünməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı. Ulu öndərin təbirincə desək: "Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq”.

Ulu öndərin qurduğu müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin sayəsində regionda aparıcı, dünyada söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 16 ilə yaxın dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib.

Ən əsası da odur ki, Przident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər addımda Azərbaycanın dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirib, əbədi, sarsılmaz və dönməz edib.


Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM